Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:13

Sabir Rüstəmxanlı: Milli Məclis qəzet adı dəyişmək və ya siyasi partiya ləğv eləməklə məşğul olmamalıdır


Səs: Real audio
Gürcüstan Avropa və Amerikadan kömək istəyir Parlamentin martın 1-də keçirilən icdasında Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov yaz sessiyasında siyasi partiyalar haqqında qanuna yenidən baxılmasının zəruri olduğunu dedi. YAP funksionerinin fikrincə, bundan ötrü çox ciddi əsaslar var. Çünki, Siyasi Partiyalar Haqqında qanun qəbul edildikdən indiyə qədər keçən dövr ərzində Azərbaycan cəmiyyəti əhəmiyyətli dərəcədə dəyişib. Qanun isə həmin siysi dəyişiklikləri nizamlaya bilmir: «Mən bunu deyərkən eyni zamanda siyasi partiyaların maliyyə mənbələrinə aydınlıq gətirilməsi məqamını da nəzərdə tuturam. Təəssüflər olsun ki, bu günə qədər heç bir siyasi partiya zö fəaliyyətinin maliyyə əsasları barədə cəmiyyətə açıqlama verməyib».

Əli Əhmədov hesab edir ki, hakimiyyətə gəlmək iddiasını ortaya qoyan partiyalar hansı maliyyə qaynaqları əsasında fəaliyyət göstərdiklərini cəmiyyətə bildirməlidirlər. Bu sahədə şəffaflıq təmin olunmalıdır.

Millət vəkili Siyavuş Novruzov isə hesab edir ki, Azərbaycanda siyasi partiyaların maliyyə mənbələrinin şəffaflaşdırılması Avropa Şurasına sərf eləmir. O deyir ki, bunu həmin qurumun Azərbaycana gələn ekspertlərinin yalnız siysi məhbuslar və digər buna oxşar məsələlərlə maraqlanmaları da təsdiqləyir.

Səyavuş Novruzovun sözlərinə görə, Avropa Şurasına bəllidir ki, belə bir tələb irəli sürülsə çox mətləblər ortaya çıxacaq.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyir ki, «Milli Məclis qəzet adı dəyişmək və ya siyasi partiya ləğv eləməklə məşğul olmalı deyil. Mən də o fikirlə razıyam ki, Azərbaycanda siyasi partiyaların və QHT-lərin işi ilə bağlı müəyyən problemlər var. Təklif eləyirəm ki, partiyalar və QHT-lərlə bağlı milli yardım fondu yaradılsın. Belə olsa onlar xarici donorlardan asılı vəziyyətə düşüb vətənə xəyanət eləməzlər».

Sabir Rüstəmxanlının fikrincə, əgər milli fond yaradılsa, onda vəziyyət normallaşar, həmin partiya və təşkilatlar dövlətçiliyə zidd heç nə eləyə bilməzlər. Millət Vəkili deyir ki, dünyanın bir çox ölkələrində normal siyasi partiyalara dövlət yardımı olur. Onlara yer verilir, fəaliyyətləri üçün şərait yaradılır: «gəlin hansı siyasi partiyanın haradan maliyyələşdiyini araşdırmayaq. Çünki, belə olsa çox şeylər ortaya çıxacaq. Amma mən də istərdim ki Siyasi Partiyalar Haqqında qanun təkmilləşsin. Bu çox ciddi məsələdir və Milli Məclisin bunu müzakirə eləməsi yaxşı olardı». Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı belə deyir.

«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər quliyev isə deyir ki, Siyasi Partiyalar Haqqında qanuna yenidən baxılması təklifinin hakim partiyadan gəlməsi təsadüfi deyil. Onlar hər bir yeniliyi ilk növbədə müxalifət qəzetlərinin və partiyalarının üzərində sınamaq istəyirlər. Zəfər Quliyevə görə, burada məqsəd müxalifət partiyalarının fəaliyyətini daha da məhdudlaşdırmaqdır: «təklif edilən dəyişikliklər qarşıdakı parlament seçkiləri ilə bağlıdır. Hakimiyyət istəyir ki, onsuz da zəif olan müxalifətin maliyyə kanallarını da nəzarətə götürərək onu elə vəziyyətə salsın ki, onlar bu seçkilərdə ümumiyyətlə heç nə edə bilməsinlər».

«Turan»ın ekspertinin fikrincə, YAP üzvləri bu təklifi ona görə belə arxayınlıqla verirlər ki, yoxlamaların aparılması və nəticələrin elan edilməsi üçün bütün vasitələr öz əllərindədir. Əgər yoxlamaları ictimaiyyət aparılmalı olsa, onda iqtidar bu təşəbbüslə çıxış etməkdən ehtiyyalanardı.

Zəfər quliyev deyir ki, müxalifət belə məsələlərdə tamamilə müdafiə mövqeyi tutmamalı, cavab addımları atmalı, özü də təşəbbüslərlə çıxış etməlidir.
XS
SM
MD
LG