Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:53

“Otpor”, “Kmara”, “Pora”... “Yox”


Səs: Real audio
Gürcüstan Avropa və Amerikadan kömək istəyir --“Frans Press”



Şanslar az, risk böyükdür, amma Bakıdakı bir qrup Gürcüstan və Ukraynadakı kimi gənclər hərəkatı yaratmağın zəruriliyini önə çəkərək azərbaycanlıları “yox” deməyə çağırır.



Təşəbbüsçülərdən biri olan Razi Nurullayev “Frans Press” agentliyinə müsahibəsində deyib ki, “bizim devirmək istədiyimiz prezident deyil. Biz bütün sistemi dəyişmək istəyirik”.



“Yox” adlı təşkilat Serbiyanın “Otpor” gənclər hərəkatı və onun Gürcüstan və Ukraynada ardıcılları olan “Kmara” və “Pora”nın timsalında qurulub.



Qrup qarşısında yüksək məqsədlər qoysa da, o, bunlara bir gecəyə nail olmağı düşünmür.



“Ukraynada 10 ilə başa gələn uğurların Azərbaycanda 10 aya gerçəkləşəcəyini gözləmərik”—deyə qrupun rəhbəri Razi Nurullayev bildirir.



Gürcüstan və Ukraynada “xalq inqilabları” mübahisəli seçkilərlə bağlı olub. Amma Nurullayevin sözlərinə görə, "Yox" hərəkatının noyabrda keçiriləcək parlament seçkilərinədək tam dolğunlaşacağını da demək tezdir.



O, deyir ki, “biz hökumətin irad tuta bilməyəcəyi məsələlərlə bağlı mitinqlərdən başlamaq istəyirik. Məsələn, korrupsıya”.



“2003-cü il prezident seçkisi zamanı müxalifətin ən böyük səhvi hakimiyyətlə açıq küçə döyüşünə girişməsi olub ki, bu da hökumətə sonradan demokratiyaya hücum üçün əsas verib”—deyən Razi Nurullayev “onun hərakatının bu səhvi təkrarlamayacağını” vəd edir.



Keçmişdə AXCP “klassiklər” qanadında sədr müavini olmuş Razi Nurullayev “Yox” gənclər təşkilatıyla hər şeyi yenidən başlamağa ümid edir.



O, deyir:



“İnsanlar bizi dəstəkləyəcəklər, çünki biz hökumət, müxalifət və xarici ölkələrdən asılı deyilik. Biz ölkə daxilində işgüzar dairələrin dəstəyinə ümid edirik”.



Gəncləri Ukraynadakı kimi həvəsləndirmək üçün hərəkatın cəlbedici emblemi, musiqisi və himni olacaq.



“Bizim gücümüz emblemimizdə olacaq” deyən Nurullayev əlavə edir ki, emblemdə “yox” sözü əks olunacaq. Bu sözdəki “o” hərfinin ortasında isə açan çiçək təsvir ediləcək. Və hərəkat vüsət aldıqca çiçək də böyüyəcək.



--“Uolt Strit Cournal”



Gürcüstan Rusiyayla münasibətlərinin sahmana salınmasında Avropa və Amerikadan kömək istəyir. 2003-cü ildə Gürcüstanda “qızılgül inqilabı”ndan sonra iki ölkə arasında əlaqələr ən aşağı həddə enib.



Gürcüstannın xarici işlər naziri Salome Zurabişvili Avropa Birliyindən xahiş edib ki, Moskvanın mümkün müdaxiləsinə qarşı təminatçı kimi öz müşahidəçilərini Gürcüstanla Rusiya sərhəddinə göndərsin.



Avropa Birliyi də bu xahişi nəzərdən keçirir. Bu isə Moskvanın güclü narazılığına səbəb ola bilər.



Salome Zurabişvili müsahibəsində deyib ki, “Gürcüstan Moskvada mənfi reaksiya doğurur. Çünki keçmiş SSRİ-nin digər respublikaları da onun “qızılgül inqilabı”nı təkrarlamağa çalışırlar... Qırğızıstanda müxalifət keçən bazar parlament seçkiləri ərəfəsində məhz Gürcüstan və Ukraynadan ilham alırdı.



Amma “biz özümüzü peşəkar inqilab ixracatçısı hesab etmirik” deyən xanım Zurabişvili əlavə edib ki, “Gürcüstan başqa ölkələrdə demokratik müxalifət yaratmayacaq, sadacə onu müdafiə edəcək”.
XS
SM
MD
LG