Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Polis Müsavat partiyasının piketini dağıdıb


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” Martın 2-də polis Müsavat partiyasının 50-yə yaxın üzvünün Ədliyyə Nazirliyinin qarşısında keçirmək istədiyi piketin qarşısını alıb.



Aksiyanın keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verməmişdi.



Aksiya iştirakçıları siyasi məhbusların azadlığa buraxılmasını, söz azadlığı və sərbəst toplaşmaq hüquqlarının təmin olunmasını tələb edirdilər.



Polis piketçiləri Elmlər Akademiyasının binası qarşısına qədər sıxışdırdı. Burada nəqliyyatın hərəkəti bir neçə dəqiqəliyə dayandı. Aksiyanın qarşısını alarkən polis Müsavat partiyasının 5 nəfər üzvünü saxladı. Bir neçə saat sonra onlar sərbəst buraxıldı.



Yasamal Rayon Polis İdarəsinin rəis müavini Çingiz Məmmədov deyir ki, aksiyaya icazə verilmədiyi üçün qarşısı alınıb.



Bakı Şəhər İcra Hakimiyyəti bundan əvvəl Xalq Cəbhəsi partiyasına da etiraz aksiyaları keçirməyə icazə verməmişdi.



Müsavat və Xalq Cəbhəsi partiyaları yeni etiraz aksiyaları keçirəcəklərini də bildiriblər.
XS
SM
MD
LG