Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:56

Yaxın 2-3 ildə qazın qiyməti artmayacaq


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” İstər sıravi vətəndaşlar olsun, istərsə də qazla pul qazananlar -yəni müəssisə rəhbərləri, bundan sonra iki-üç il gecələr qazın qiymətinin yenə 3 dəfə artmasıyla bağlı yuxular görmədən rahatca yata bilər. Hər halda, “Azəriqaz”dan söz verdilər ki, bundan sonra yaxın 2-3 ildə cammat səhər yuxudan durub qazın qiymətinin bahalanmasını görməyəcək. Bu vədi Azəriqaz Səhmdar Cəmiyyətinin sədr müavini Nazim Səmədzadə verdi.



***



Nazim Səmədzadə bu fikrini onunla izah elədi ki, 1 kubmetrə görə 236 manat qiymət, artıq Azəriqazın bütün ehtiyaclarını ödəməyə də, alınan qazın pulunu verməyə də, hələ üstəlik qaz təminatını yaxşılaşdırmağa da çatacaq. Baxmayaraq ki, əvvəlki illərdən fərqli olaraq bu ildən Azəriqaza dövlət büdcəsindən bir qəpik də yardım edilməyəcək.



***



Ötən ilin noyabrında təxminən 2.3 dəfə artan qazın qiyməti 81 manat olmuşdusa, indi də martın birindən təqribən daha 3 dəfə artmaqla 236 manat olub. Və 3 ay aralıqla qazın bahalanması heç sözsüz, qaz pulunun yığılmasına təsir edir. Bunu “Azəriqaz”da da etiraf edirlər. Nazim Səmədzadənin sözlərinə görə, ötən ilin yanvarından noyabrına kimi, yəni qiymət artımı başmamamış onlar satdıqları qazın 74 faizinin pulunu ala bilirdilər. Noyabrda qazın qiyməti 81 manat olandan sonra bu günə kimi yığım 52-54 faizə qədər azalıb və Azəriqazın proqnozlarına görə, ilk bir neçə ayda ödənişlər yenə də azalacaq. Amma bu qiymət artımın əvvəlkilərdən fərqi təkcə gecə élan olunması və geri tarixlə tətbiq olunması deyil. Məsələ bundadır ki, 1 kubmetr mavi qaza görə 236 manat tarif indi həm müəssisələr, həm də vətəndaşlara aiddir. Amma müəssisələrin hamısı qazın pulunu sayğaclarının göstəricilərinə görə verirlərsə, əhalidə bu problemlər yaradır. Çünki Azərbaycanda 1 milyondan çox abonentin hələ sayğacı yoxdur. Bu artımlardan sonra isə bir çox abonentlər deyirlər ki, gətirin sayğacları quraşdırın, sonra qaz pulu verək. Çünki sayğacsız mənzildən qaz pulları qaz cihazlarının sayına və qeydiyyatda olan adamlara görə yığılır ki, bu da “Turan-Enerji”-nin ekspertlərinin hesablamalarına görə, abonentlərə dəyərindən 4 dəfə baha başa gəlir. Nazim Səmədzadə bu problemin də artıq həll olunmaq üzrə olduğunu dedi. O bildirdi ki, Azəriqaz hələ sovetlərdən qalma standartlara yenidən baxmaq və evlərdəki qızdırıcı qurğuların hasilatını araşdırmaq üçün layihə institutlarına müraciət edib, onlar qazın bugünkü təzyiqləriylə hesablamalar aparıblar və sonucda yeni qiymətlər tətbiq edilib. Və bu qiymətlər də martın birindən qüvvəyə minmiş sayılır.







***



Nazim Səmədzadə sayğacların kimi hesabına quraşdırılması məsələsinin də artıq həll olunduğunu bildirdi. Onun sözlərinə görə, Nazirlər Kabinetində bu məsələyə baxılıb və qərara alınıb ki, Azəriqaz öz vəsaiti hesabına bütün abonentlərə sayğac quraşdırmalıdır və bu proses 2007-ci ildə başa çatmalıdır.



***



Az öncə qaza görə bu qiymət artımının əvvəlki artımlardan bəzi cəhətlərinə görə fərqləndiyini dedim. Bunlardan biri də odur ki, 2004-cü ilin noyabr bahalanmasında əhaliyə söz verilən kompensasiyalar məsələsi bu dəfə həllini tapmış kimi görünür. Dövlət Sosial Müdafiə Fondunun rəsmiləri mediaya açıqlamalarda deyirdilər ki, Maliyyə Nazirliyi vəsait ayırmadığından bu məsələ həllini tapa bilmir. Maliyyə Nazirliyi isə vəsaiti ayırmaq üçün qərarın verilməsini gözlədiyini bildirirdi. Və prezidentin dünən verdiyi "Əhalinin bəzi təbəqələrinin sosial müdafiəsinin yaxşılaşdırılması" haqqında fərman bu kompensasiyaıların verilməsindəki problemləri ortdadan qaldırır. Amma bu fərman heç də bütün Azərbaycan vətəndaşlarına şamil edilməy
XS
SM
MD
LG