Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:25

Aldıqları krediti qaytapa bilməyən dağ regionlarının fermerləri uzun müddətli kredit istəyirlər


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” Bu günlərdə Gəncə və Gəncəətrafındakı rayonlarda fəaliyyət göstərən fermerlərə 500 min dollara yaxın kredit paylandı. Yanvar ayında da bir qrup fermer 160 min dollar civarında kreditə sahib çıxmışdı. Dünya Bankının xəttiylə həyata keçirlən bu proqram Azərbaycanda kənt təsərrüfatının inkiaşfına yönəlib və minlərlə dollar vəsait qoyulub. Ancaq bəzi mütəxəssislər hesab edirlər ki, daha çox aqrar ölkə kimi xarakterizə edilən Azərbaycanda kənd təsərrüfatının inkişafı çox ləng gedir. Xüsusilə dağ rayonlarında əhalinin demək olar ki, əksəriyyətinin kənd təsərrüfatıyla məşğul olmasına baxmayaraq, mənzərə heç də ürək açan deyil. Mütəxəssislərin bu rəyini fermerlər bir çox səbəblərlə izah edirlər. Məsələn, dağ rayonu Daşkəsənin sakini Qismət Mahmudova ədəbiyyat müəlliməsi olmasına baxmayaraq, dolanışığını məktəbdən yox, fermer təsərrüfatından çıxarmaq istəyir. Dünya Bankının xəttiylə paylanan kreditdən ona da pay düşüb. 300 dollarlıq kreditə iri buynuzlu mal-qara alıb.

Krediti vaxtında qaytarmaq və proqrama uyğun olaraq ikinci mərhələdə verilən 500 dolları almaq üçün bütün gücünü toplayıb. Qismət xanım bu dəfə aldığı kreditə kartof əkəcək.

Dünya Bankının layihəsini yerlərdə icra edən Gəncə Biznes qrupun direktor müavini Arif Cahangirov deyir ki, onların kredit verdiyi birgə borclular qruplarından yalnız dağ regionlarında yaşayan bəzi fermerlər hər qrup üzvünə düşən 300 dollarlıq krediti qaytarmaqda çətinlik çəkib.

İlk baxışdan 300 dollar elə də böyük məbləğ kimi gözə görünməyə bilər, ancaq problemlər içində yaşayan dağ rayonunun sakini İsrayıl Rüstəmov bu pulu heç də az saymır və onun fikrincə, bu məbləğin 5-6 aylıq dövriyyəsinə düşən gəlirsə çox azdı.



Arif Cahangirov da fermerlərin problemləri sırasında birinci yerə texnika çatışmazlığını qoyur. Onun sözlərinə görə, vaxtilə Azərabycanda 40 min troktor istismar edilirdi və hər il ölkəyə 4 min yeni texnika gətirildi, indisə istifadədə olan bütün texnika köhnəlib. Köhnə texnikadan istifadə isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur.



Bəzi tərəvəz məhsullarında toxumçuluğun inkişaf etməməsi də aqrar sahənin tərəqqisinə mənfi təsir eləyir. Məsələn, ölkədə kartofçuluqla məşğul olan müəssisə yoxdur. Xaricdən toxum gətrmək isə kilosu 1 dollara başa gəlir.Fermer məhsulunun təxminən 2 kilo yarımını satmalıdı ki, mayasını ödəsin. Öz məhsulundan toxum kimi istifadə isə keyfiyyətə təsir göstərir. Müqayisə aparaq, Arif Cahangirov deyir ki, əcnəbi fermerlər 1 hektardan 30-40 ton kartof götürdükləri halda, azərbaycanlı fermerlər hektardan 8-10 ton yığanda sevinirlər. Cənab Cahangirov heyvandarlıq sahəsindəki problemlərə toxunur.



Mütəxəssislər bazarın kasadlığını da fermer təsərrüfatının inkiaşfına Maneə kimi qiymətləndirilər. Qərb bölgəsinin tərəvəzçiliklə, heyvandarlıqla məşğul olan fermerləri öz məhsulunı Gəncə bazarında, ən yaxşı halda isə paytaxtda satır. Rayonlarda emal müəssisəsi olmadığından, məsələn. süd və süd məhsulları Gəncə bazarına gətirilir. Daşkəsənlilərin də Gəncədən savayı özgə yerlərə əlləri çatmır. Məmməd Ələkbərov:



Məmməd dayının xarici bazar arzusu başbilənləri də düşündürür. Hər halda İqtisadi İnkişaf Nazirliyinin regionların sosial-iqtisadi inkiaşfı departamentinin rəhbəri Ağacan Əhmədov belə deyir. Onun sözlərinə görə, ixraca yardım fondunun layihəsi üzərində işləyirlər və yaxın günlərdə belə bir qurumu təsis etmək niyyətindədilər.
XS
SM
MD
LG