Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” Martın sonlarına kimi Azərbaycan hökuməti Seçki Məcəlləsinə ediləcək dəyişikliklərin mətnini Avropa Şurasının Venesiya Komissiyasına göndərməlidir. Bu haqda razılıq martın 1-də Strasburqda Azərbaycan hökumətinin nümayəndələri ilə görüşdə əldə olunub.
Məlumatı Venesiya Komissiyasının seçki məsələləri şöbəsinin əməkdaşı Sergey Kuznetsovdan almışıq.
Danışıqlarda Prezident Aparatı qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyevlə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak ediblər.
Sergey Kuznetsovun sözlərinə görə, onlar bu dəfə bir il əvvəlki sənədi, yəni Venesiya Komissiyası ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə hazırladığı tövsiyələri müzakirə ediblər. Həmin tövsiyələr isə Mərkəzi Seçki Komissiyası və seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, namizədliyin irəli sürülməsi, seçki kampaniyası aparmaq üçün tərəflərə bərabər şərait yaradılması və siar haqqındadır.
Venesiya Komissiyasının əməkdaşının sözlərinə görə, Azərbaycan hökumətinin bu tövsiyələrdən hansını qəbul edib-etməyəcəyi isə martın sonlarında məlum olacaq.
Cənab Kuznetsov bildirirdi, danışıqlar konstruktiv olub. Şahin Əliyevlə Səfa Mirzəyev Venesiya Komissiyasının tövsiyələrinə hər hansı etiraz bildirməyiblər.
«Biz razılaşdıq ki, onlar bizə Sekçi Məcəlləsinə dəyişikliklərin mətnini göndərsinlər. Həmin dəyişikliklər bizim tövsiyələrimiz əsasında aparılıb. Komissiya isə tez bir zamanda ekspertiza aparacaq».
Amma bununla belə, hər şey Azərbaycan hökumətinin həmin sənədi nə zaman göndərməsindən və onun necə hazırlanmasından asılıdır. Sergey Kuznetsov əlavə etdi ki, Venesiya Komissiyasının Seçki Məcəlləsi ilə bağlı rəyi aprelə hazır olacaq.
Martın 1-də millət vəkili Qulamhüseyn Əlibəyli də müxalifətin Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər paketini Milli Məclisə təqdim edib.