Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:58

Musa Musayev: ««Azadlıq» qəzeti və AXCP-nin fəaliyyəti dayandırılmalıdır»


Səs: Real audio
MDB-də “yanıq iyi hiss olunur” «Azadlıq» qəzeti və AXCP-nin fəaliyyəti dayandırılmalıdır.



Bu təkliflə martın 1-də MM-in yaz sessiyasının ilk iclasında millət vəkili Musa Musayev çıxış edib.



O deyir ki, Xalq Cəbhəsi 1988-ci ildə milli azadlıq hərəkatını genişləndirmək və müstəqillik uğrunda mübarizə üçün yaradılmışdı, indi isə onun fəaliyyətinə ehtiyac yoxdur.



Deputat həmkarının çıxışı ilə razılaşmayan AXCP-dən olan millət vəkili Qulamhüseyn Əlibəyli partiyasının və tərəfdarlarının fiziki, həmçinin mənəvi təzyiqlərə məruz qaldığını deyib.



Martın 1-də bir qrup Xocalı sakini «Azadlıq»ın redaksiyası qarşısında piket keçirib. Onlar qəzet rəhbərliyini Xocalı faciəsinin ildönümü günündə əxlaqsızlıqla məşğul olmaqda ittiham ediblər.



Bir neçə gündür ki, hökumət və qeyri-hökumət dairələrində «Azadlıq»ın redaktoru Qənimət Zahidov və onun müavini Azər Əhmədovun «Üç palma» restoranında əxlaqsızlıqla məşğul olmasına dair müzakirələr gedir. Adıçəkilənlər özləri isə restorana döyülərək aparıldıqlarını iddia edirlər.



Sərhədsiz Reportyorlar təşkilatı da fevralın 28-də yaydığı bəyanatında «Azadlıq» qəzetinin iki jurnalistinin döyülüb təhqir olunmasına etirazını bildirib.



Təşkilat daxili işlər nazirini və prezidenti insidenti araşdırmağa, günahkarları cəzalandırmağa çağırıb.
XS
SM
MD
LG