Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

Bakıda «Mətbuat təhlükədədir» mövzusunda ümumrespublika forumu keçiriləcək


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır Martın 3-də Bakıda «Mətbuat təhlükədədir» adlı ümumrespublika forumu keçiriləcək.



Forumun təşəbbüskarları Redaktorlar Birliyinə daxil olan bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri, eləcə də bir qrup hüquq müdafiəçisidir.



Onlar bu gün keçirdikləri toplantıda bəyan ediblər ki, «Azadlıq» qəzetinin rəhbərləri Qənimət Zahid və Azər Əhmədovla bağlı hadisə mətbuata qarşı növbəti təzyiqlərdən xəbər verir.



Bu barədə Azərbaycan Jurnalistlər Konfederasiyasının rəhbəri Azər Həsrət məlumat verib.



Toplantı iştirakçıları hesab edirlər ki, fevralın 25-dən 26-a keçən gecə adıçəkilən jurnalistlərin Bakıdakı «Üç palma» restoranında əxlaqsızlıqla məşğul olmaları barədə hüquq-mühafizə orqanlarının yaydığı məlumat əsassızdır. Onların iddiasına görə, həmin bəyanat siyasi məqsəd daşıyır və hakimiyyət haqqında tənqidi materiallar dərc edən «Azadlıq» qəzetinə qarşı yönəlib.



«Azadlıq» qəzetinin yaxın olduğu Azərbaycan Xalq Cəbhəsi partiyasının “islahatçılar” qanadı da bəyanat yayıb.



Partiyanın hüquq şöbəsinin rəhbəri Mənsum Bayramov deyir ki, jurnalislərlə bağlı hadisə quramadır və parlament seçkiləri ərəfəsində AXCP-yə qarşı yönəlib.



Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, jurnalistlərin əxlaqsızlıq yuvasında saxlanması faktdır. Amma onun sözlərinə görə, jurnalistlər buna görə cinayət məsuliyyəti daşımırlar. O, hadisəni «mənəvi cinayət» kimi səciyyələndirir.



Qənimət Zahid və Azər Əhmədov isə yaxın günlərdə Daxili İşlər Nazirliyinə və Səbayel Rayon Polis İdarəsinə müraciət etməyə hazırlaşırlar. Jurnalistlər döyüldüklərini və özlərinin yazmadıqları izahatlara imza atmağa vadar edildiklərini deyirlər.
XS
SM
MD
LG