Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Venesiya Komissiyası ilə Seçki Məcəlləsinə dəyişikliklər müzakirə olunur


Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır Martın 1-də Azərbaycan hökumətinin nümayəndələri Avropa Şurasının Venesiya Komissiyası ilə Seçki Məcəlləsində dəyişiklikləri müzakirə edəcəklər.



Azərbaycan hökuməti adından danışıqlarda Prezident Aparatı qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyevlə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edəcəklər. Bu haqda məlumatı Venesiya Komissiyasının seçki məsələləri üzrə şöbəsinin əməkdaşı Sergey Kuznetsovdan almışıq.



Cənab Kuznetsovun sözlərinə görə, Azərbaycan hökumətinin Seçki Məcəlləsinə hansı dəyişikliklər etmək niyyətində olması haqda məlumatları yoxdur.



«Sadəcə, Azərbaycandan seçki qanunvericiliyinə dəyişiklik etməyə hazır olmaları haqda xəbər almışıq. Amma məhz nəyi və hansı formada dəyişmək istədikləri haqda danışmaq hələ tezdir. Əvvəlcə görüşüb danışmalıyıq ki, onların nə istədiyini bilək».



Venesiya Komissiyası isə Azərbaycanla bir il əvvəlki tövsiyə və təklifləri müzakirə etmək niyyətindədir. Həmin sənəddə bir çox məsələlər, əsasən də ötən seçkidə komissiyaların təşkili, namizədlərin təqdimatı zamanı ortaya çıxan problemlərin aradan qaldırılması tövsiyə olunur.



Amma Sergey Kuznetsov bildirir ki, ədalətli seçkinin təşkili üçün bir çox amillər vacib olsa da, ən önəmli məsələ komissiyaların tərkibiylə bağlıdır. Ondan az əhəmiyyətli olmayan başqa bir məsələ seçki kampaniyasının aparılmasına bərabər şəraitin yaradılması və seçki günündə beynəlxalq müşahidəçilərlə yanaşı yerli müşahidəçilərin iştirakının təmin olunmasıdır.



Ona görə də Venesiya Komissiyası bu məsələlərdən hər hansını seçərək ayrıca prioritet kimi yanaşmağı ədalətsizlik sayır. «Azərbaycan hökumətinin isə bu məsələlərdən hansının üzərində dayanacağı hələlik məlum deyil» deyən cənab Kuznetsov müəyyən mənada rəsmi Bakıdan asılı olduqlarını bildirir.



«Ümid edirik ki, bu tövsiyələri və təklifləri nəzərdən keçirəndən sonra Azərbaycan hökuməti Venesiya Komissiyası ilə əməkdaşlğı məqsədyönlü sayacaq. Bilirsiz, Venesiya Komissiyası hüquqi müstəvidə əməkdaşlıq edən təşkilatdır. Bir çox şeydə biz hakimiyyətin arzu və istəyindən asılıyıq».
XS
SM
MD
LG