Səs: Real audio
Senator Rusiyanı “Böyük Səkkizlər”in sammitinə buraxmamağa çağırır --“Boston Qlob”
Birləşmiş Ştatlar Tehranla nüvə sövdələşməsinə görə Rusiyanı “Böyük Səkkizlər”in bu ilki sammitinə buraxmamalıdır. Belə bir bəyanatla bazar günü respublikaçı—senator Con Makkeyn çıxış edib.
Həm respublikaçı, həm də demokrat konqresmenlər nüvə sövdələşməsi və prezident Vladimir Putinin “antidemokratik hərəkətlərinə” görə Rusiyanı cəzalandırmağa çağırıblar. Fransa, Almaniya və Britaniyanın Birləşmiş Ştatlardakı səfirləri isə bu ideyaya qarşı çıxırlar.
Bazar günü Rusiyayla İran Buşehr atom stansiyası üçün nüvə yanacağının göndərilməsinə dair saziş imzalayıblar. Bu, Slovakiyada Buş və Putin sammitindən bir neçə gün sonra baş verib.
--“Liberasyon”
Birləşmiş Ştatlar Gürcüstan və Ukraynadan sonra Qırğızıstanda demokratiyanın inkişafına böyük vəsait qoyub.
Təsdiqlənməmiş məlumatlara görə, təkcə fevralın 27-də keçirilən parlament seçkilərinə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi—USAID ən azı 2 milyon dollar ayırıb. Orta əmək haqqının 30 dollar olduğu bir ölkə üçün bu, böyük məbləğdir.
ABŞ-ın Qırğızıstandakı səfiri Stiven Yanqın sözlərinə görə, son 13 ildə Qırğızıstana 750 milyon dollar göndərilib.
“Düzdür, Birləşmiş Ştatlar bizi müdafiə edir”—deyə Qırğızıstan müxalifətinin aparıcı üzvü Roza Otunbayeva etiraf edir.
Amma qəzetin fikrincə, Qırğızıstan “demokratiyası”na bütün bu ianələr Gürcüstan və ya Ukrayna ssenarisinin mütləq Bişkekdə də təkrarlanacağı anlamına gəlmir. Hər şey əhalnin səfərbərliyindən asılı olacaq.
Hər halda Amerika demokratiyasının ixrac imkanları bu balaca ölkədə növbəti dəfə sərt sınağa çəkilib.
--“Uolt Strit Cournal”
Fevralın 24-də Rusiyanın sabiq baş naziri Mixail Kasyanov 2008-ci il prezident seçkilərində iştirak edə biləcəyini vurğulayıb.
Elə indidən 47 yaşlı Kasyanovun Viktor Yuşenkonun "Rusiya versiyası" ola biləcəyi haqda fikirlər səslənir.
Rusiyada demokratik müxalifət özünün dağınıqlığı ilə seçilir və Kasyanov kimi ağırçəkilinin peyda olması müxalifətin sıralarını birləşdirə bilərdi.
--“Vaşinqton Tayms”
Rusiyada indiki siyasi vəziyyətdən çıxış etsək, Kasyanovun seçkilərdə iştirakı ehtimalı cüzidir, amma yenə də mümkündür.
Ancaq imici Kasyanova hakimiyyətə gəlməkdə meneə törədə bilər. Uzun müddətdir ki, o, “Mişa 2 faiz” ləqəbini daşıyır. Guya, 90-cı illərdə baş nazir olarkən o, xarici kreditlərin 2 faizini özünə götürürdü. İstənilən an Kasyanova qarşı korrupsiya ittihamı irələ sürülə bilər.
Odur ki, Kasyanov haqda hakimiyyətə real namizəd kimi danışmaq hələ tezdir. Amma son 3 ayda olduğu kimi seçkilərə qalan üç il ərzində də Rusiyada çox şey dəyişə bilər.