Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Martın 1-dən Azərbaycan vətəndaşları MDB ölkələrinə ancaq ümumvətəndaş pasportları ilə gedə biləcəklər.
Buna qədər isə köhnə Sovet pasportlarından istifadə olunurdu.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ümumvətəndaş pasportları olmayanlar ölkə sərhəddini keçə bilməyəcəklər.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, xarici pasportlar üçün müraciət edənlərin statistikası aparılmasa da, kim müraciət edibsə, pasport alıb.
Bu günlərdə Pasport, Viza və Vətəndaşların Qeydiyyat İdarəsinin qarşısında pasport almaq üçün növbə gözləyənlərin sayı çoxdur.
Pasport almaq istəyənlərin çoxu isə Rusiyada yaşayanlardır. Onlar deyirlər ki, iki həftə müddətində pasportla təmin olunacaqları bildirilsə də, elələri var ki, bir aydan çoxdur gözləyirlər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşların pasportla təmin olunması üçün Bakıdan başqa Gəncə, Lənkəran, Şəki, Quba və Naxçıvanda da regional şöbələr işləyir.
İyun ayından isə Azərbaycan vətəndaşları ölkə daxilində də Sovet pasportlarından istifadə edə bilməyəcəklər. İyunun 5-də Sovet pasportları Azərbaycanda ləğv olunacaq.