Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Azarkeşsiz Azərbaycan futbolu


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Bu səslər futbol meydanlarından gəlir. Özü də adi, ölkə çempionatının oyununda. Amma Azərbaycandan yox. Ona görə yox ki, Azərbaycanda futbolu sevmirlər. Əksinə. Futbolla az-çox bağlılığı olan hər kəs iddia edir ki, Azərbaycanda futbol çox populyardır. Amma, Azərbaycan futbolunun ən önəmli uğuru 1966-cı ildəki, ağ-qara arxiv filmlərindən yadda qalan qalan, ağ-qara formalı Neftçinin SSRİ çempionatındakı üçüncülüyüdür. Vəssəlam.



Neftçi və Azərbaycan futbolu haqqında kitabların redaktoru olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının – AFFA-nın sözçüsü Məzahir Süleymanzadə, SSRİ çempionatında uğurla çıxış edən Neftçinin böyük və çılğın azarkeş kütləsinin olduğunu deyir.



O vaxtdan keçən 40 ilə yaxın müddət ərzində Azərbaycan kimi, futbolu da müstəqil olub, yığma komanda Avropa və Dünya çempionatının seçmə mərhələsində iştirak eləyir, ölkə birinciliyi keçirilir və qalmaqallar da yaşanılır. Amma, İndi-indi inkişaf etdiyi deyilən ölkə çempionatının hər oyununu orta hesabla cəmi 1200-ə yaxın tamaşaçı izləyir. AFFA-nın sözçüsü Məzahir Süleymanzadənin fikrincə, bunun əsas səbəbi nə ölkə klublarının, nə də yığmanın heyətində gözəl futboluyla azarkeşləri coşduracaq ulduz oyunçunun olmamasıyla bağlıdır.



300-ə yaxın tərəfdarı birləşdirən, 1999-cu təsis edilən və Azərbaycanın ilk fan-klubu olan Neftçi fan klubunun prezidenti Ceyhun Bədəlzadənin sözlərinə görə, azarkeşləri stadiondan uzaq saxlayan səbəblər yalnız ulduz oyunçunun olmaması deyil. Ceyhunun fikrincə, ən önəmli amil nə yığma komandanın, nə də klubların baxımlı oyun və nəticə göstərməməsidir.



Azərbaycan azarkeşləri yaxşı oyun və nəticə görmədiklərindən stadiondan uzaq düşsə də, başqa ölkələrdə hətta autsayder olan komandanın da ev oyunlarında yetərincə güclü dəstəyi olur. Baxmayaraq ki, bir çox hallarda tərəfdar kütləsi də, oyunçuların özləri də güclü komandaya qarşı oyunda qalib gələ bilməyəcəklərini bilirlər. Azarkeşlər komandalarını sonuna qədər dəstəkləyir və bu işdə xüsusən də komandaların fanları önəmli iş görür. Şüarlar, sloqanlar səsləndirir, marşlar oxuyur, və oyun boyu susmamaqla, fərqli yollara həm oyunçuları ruhlandırır, həm də oyuna rəng qataraq, özləri əylənirlər. Neftçi Fan klubundan Ceyhun Bədəlzadənin fikrincə, Azəörbaycanda seyrçilərin passivliyinin əsas səbəbi odur ki, onların çoxu ən yaxşı halda maraq üzündən oyuna gəlir, hansısa komandanı dəstəkləməyə yox.



AFFA-nın protokollarına gşrə, builki ölkə çempionatının oyunlarında hər oyunu orta hesabla 1200-ə qədər seyrçi izləyib. Bu oyunlarda aktiv azarkeşlərin sayı isə adətən heç 300-ü ötmür. Komandalarını dəstəkləyənlər isə, əsasən fan klubların üzvləri olur. Çünki digər tərəfdarlara nisbətən onların stadiona düşmək və hətta səfər oyunlarına gedə bilməsi üçün klublar müəyyən yardım edir. Azərbaycanda yığmanın da oyunlarında az-çox aktiv olan və digərlərinə görə daha mütəşəkkil olan Neftçi fan klubunun üzvlərinin fikrincə, belə sadiq tərəfdarların sayı daha çox ola bilər. Amma ölkə çempionatına biletlərin qiymətlərinin indi 2 dəfə artıb 5 min manat olması, yığmanın oyunlarında isə 20-30 mindən 50, 100 dollara kimi bahalanması azarkeşləri seçim qarşısında qoyur. Üstəlik səfər oyunlarına getmək üçün yol xərci və s. problemlər də azarkeşləri çəkindirir.



Azərbaycan tərəfdarlarının normal azarkeşlik etmədiyini deyən Məzahir Süleymanzadə, bu sahədə bir çox ölkələrdən, məsələn elə iqtisadi cəhətədən çox da geri olmadığımız Türkiydən çox şey öyrənmək mümkün olduğunu deyir. Azarkeşlər isə, şüarlar yazmaq, marşlar bəstələmək vəs. işləri görmək üçün maddi-texniki imkanlarının olmadığını deyi
XS
SM
MD
LG