Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:04
Rubrikalar

Mövzumuz: Azəbrbaycanda, Gürcüstanda və Ermənistanda təcili tibbi yardım xidmətinin vəziyyətidir


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Sizinlə Qlobus proqramında görüşürük. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq. Bugünkü Qlobusda xarici ölkələrdə təhsil alan azərbaycanlılardan söhbət açacayıq. Qlobusun qonaqları:

- Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının üzvü Tariel Cəfərov,

- Misirdəki Azərbaycan Tələbə Cəmiyyətinin nümayəndəsi Fərid Cəbrayılzadə,

- Və Norveçdə təhsilini davam etdirən İlham İskəndərovdur.



Mən Samirə Faiqqızı isə Azadlıq radiosunun Praqadakı studiyasındayam. Qonaqlarla söhbətə keçməzdən qabaq onu deyim ki, bu günlərdə Xocalı faciəsinin 13-cü ildönümü ilə bağlı xarici ölkələrdə fəaliyyət göstərən azərbaycan cəmiyyətləri müxtəlfi tədbirlər keçiriblər

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Azad, Bütöv, Adil və Demokratik Azərbaycan təşkilatı fevralın 25-də BMT-nin Ankaradakı ofisi qarşısında mitinq keçirib. Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası Xocalı faciəsinin 13-cü ildönümü ilə bağlı mərasim keçirib. Əcnəbilərin də iştirak etdikləri tədbirdə Xocalı faciəsi ilə bağlı fotoşəkillər və videomateriallar nümayiş etdirilib.



Bugünkü Qlobusun birinci qonağı Fransanın Nansi şəhərindəki universitetdə informsiya-kommunikasiya şöbəsində təhsil alan Tariel Cəfərovdur. Tariel həm də Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının Nansidəki təmsilçisidr.



Növbəti qonağım Misirin Qahirə Universitetinin beynəlxalq hüquq fakultəsində oxuyur. Fərid Cəbrayılzadə həm də ötən il yaradılan Misirdəki Azərbaycan Tələbə Cəmiyyətini təmsil edir.



Və bugünkü Qlobusun axırıncı qonağı Nörveçdə təhsilini davam etdirən İlham İskəndərovdur. İlham bəy üç il əvvəl Norveçə gəlib, Berqen şəhərində Norveç İqtisad Universitetinin maliyyə bölümündə magistraturanı bitirib. İndi Osloda doktoranturaya daxil olmağa hazırlaşır.



Bu günə bu qədər. Siz Azadlıq radiosunun dalğalarında Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqgızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək.
XS
SM
MD
LG