Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Dekabr, şənbə, Bakı vaxtı 05:20

«Alman maşın»ı «Qalatasaray»ı dayandırdı


UEFA Kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları keçirilib
UEFA Kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları keçirilib
Martın 19-u gecə futbol üzrə UEFA Kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları keçirilib. İstanbulun «Qalatasaray» klubu doğma meydanda Almaniyanın «Hamburq» klubuna yenilərək (2-3) yarışı tərk edib. Qarşılaşmada ev sahibləri 2-0 hesabı ilə irəlidə olsalar da, «Hamburq» nəinki hesabı bərabərləşdirib, hətta oyunun sonuna az qalmış qələbə topunu da vurub. Bu klubların Almaniyadakı ilk qarşılaşması 1-1 hesabı ilə başa çatmışdı.

İki Ukrayna klubunun – «Metallist» (Xarkov) - «Dinamo» (Kiyev) qarşılaşmasında qapılara 5 top vurulub. Ev sahibləri 3-2 hesabı ilə qalib gəlsə də, birinci qarşılaşmada 1-0 hesabı ilə uduzduqlarından növbəti mərhələyə adlaya bilməyiblər.

«Şaxtyor» (Donetsk) MOİK-dən (Moskva) üstün olub: 2-0. İlk oyun 1-0 hesabı ilə Rusiya klubunun hesabına başa çatdığından «Şaxtyor» iki oyunun nəticəsinə görə növbəti mərhələdə mübarizəni davam etdirəcək.

UEFA Kubokunun son qalibi «Zenit» (Sankt-Peterburq) isə yarışla vidalaşıb. Rusiya klubu «Udineze»yə (İtaliya) 1-0 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə adlaya bilməyib. Xatırladaq ki, ilk qarşılaşmada «Udineze» 2-0 hesabı ilə qalib gəlmişdi.

«Mançester Siti» (İngiltərə) Danimarkanın «Olborq» klubunu maçtsonrası penaltilər seriyasında məğlub edib. PSJ (Fransa) isə «Braqa»nı (Portuqaliya) tək qolla keçib: 1-0
XS
SM
MD
LG