Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:08

Müxalifət fəalı ona fiziki xətər yetirildiyini iddia edir


Səs: Real audio
Amerika məktəbliləri hərbçiləri ittiham edirlər Azərbaycan Xalq Cəbhəsi partiyası “islahatçılar” qanadının hüqüq şöbəsinin müdiri Mənsub Bayramov iddia edir ki, fevralın 24-də onu avtomobillə təqib edən bir qrup şəxs ona fiziki xətər yetirib.



Birtəhər xilas olduğunu deyən cənab Bayramov bildirir ki, həmin şəxslər hərəkətlərinin səbəbini izah etməyiblər. Mənsub Bayramov özü isə bunu nə hüquqşünas, nə də siyasi fəaliyyəti ilə izah edir.



Xalq Cəbhəsi partiyası “islahatçılar” qanadının rəhbəri Əli Kərimli və bu təşkilatdan olan Qulamhüseyn Əlibəyli həmin insidentlə bağlı baş prokurora müraciət ediblər.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə onlarda belə fakt olmadığını deyir.
XS
SM
MD
LG