Səs: Real audio
Buş Rusiya siyasətini dəyişə biləcəyinə işarə edib Fevralın 25-27-i ərəfəsində Dünya Bankının xətti ilə Azərbaycanın qərb bölgəsində fəaliyyət göstərən fermerlərə 500 min dollara yaxın kredit veriləcək.
Layihənin icraçısı Gəncə Biznes Qrupdan aldığımız məlumata görə, bu dəfə kartofçuluq və tərəvəzçilik təsərrüfatı olan fermerlər kredit ala biləcəklər.
Dünya Bankının xətti ilə Azərbaycanda kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi çərçivəsində 20 nəfərdən ibarət olan birgə borclular qrupları yaradılıb. Və həmin qruplar güzəştli faizlə girovsuz kreditlər alırlar.
Gəncə Biznes Qrupun direktor müavini Arif Cahangirov deyir ki, bu dəfə onlar 54 qrupa, yəni min nəfərdən çox fermerə kredit verəcəklər. Bu dəfə krediti daha çox Şəmkir fermerləri alacaqlar.
Onun sözlərinə görə, kredit almaq istəyən fermerlərin sayı çoxdur. Və bu tələbatı ödəmək üçün bu ilin sonunadək 1 milyon dollara qədər kredit verməyi planlaşdırırlar.