Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Bakıda çeçen qaçqınları aclığa başlayıblar


Səs: Real audio
Buş Rusiya siyasətini dəyişə biləcəyinə işarə edib Bakıda yaşayan bir qrup çeçen qaçqını aclıq aksiyasına başlayıb. Məqsəd BMT-nin Bakı ofisinin diqqətini öz problemlərinə yönəltməkdir.



Bu haqda aksiyanın koordinatoru İbrahim Kazlıyev məlumat verib. O bildirir ki, əvvəlki illərlə nisbətdə indi Bakıdakı çeçen qaçqınlarının vəziyyəti çox ağırdır. Və onların həyat şəraitini yalnız BMT-nin Bakı ofisi normallaşdıra bilər.



İbrahim Kazlıyevin məlumatına görə, aclıq edənlər onlara qaçqın stutusu verilməsini və üçüncü ölkəyə göndərilmələrini də tələb edirlər.



Fevralın 23-də başladıqları aksiyada 10 nəfərin iştirak etdiyini söyləyən İbrahim Kazlıyev deyir ki, onlardan bir neçəsi qadındır.



“Burada yaşamaq son dərəcə dözülməz olub. Yaşadığımız evlərin kirayə haqları, ərzağın qiyməti bahalaşıb. Burada əlil, xəstə vəziyyətdə olan həmyerlilərimiz var. Onlar tibbi müayinədən keçə, müalicə oluna bilmirlər. Bizim vətəndaş hüquqlarımız pozulub.



Bu vəziyyətin aradan qaldırılmasını istəyirik. BMT-nin Bakı ofisindən istəyimiz bir də budur ki, bizə qaçqın stutusu verib üçüncü ölkəyə göndərilməyimizdə yardımçı olsun”.



Qaçqınlar aclığa başlamaq qərarını fevralın 23-də axşam saatlarında verdiklərinə görə BMT-nin Bakı ofisinin məsələyə münasibətini öyrənmək cəhdlərimiz baş tutmadı.



Çeçenistanın Azərbaycandakı nümayəndəliyinin məlumatında isə deyilir ki, Bakıda 1000-ə yaxın çeçen qaçqını var. Onların hər birinə BMT xətti ilə 40-100 ABŞ dolları arasında fasilələrlə yardımlar edilir.
XS
SM
MD
LG