Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Hüquq müdafiəçiləri həbsxanalarda vəziyyətin normallaşdığını deyirlər


Səs: Real audio
Buş Putinlə dostluğunu məzəmmətlərlə korlamaq istəmir Bu gün hüquq müdafiəçilərinin digər bir qrupu ötən həftə əməliyyatlar keçirilən cəzaçəkmə yerlərində olub.



Onlar həbsxanalardakı şəraitin normal olduğunu bildiriblər.



Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri Çingiz Qənizadə deyir ki, 12 və 13-cü koloniyada saxlanan ADP-nin baş katibi Sərdar Cəlaloğluna və «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna işgəncələr verilməyib, ancaq qanunsuzluqlar olub.



Digər məhbuslar isə deyiblər ki, əməliyyat zamanı onları küçəyə çıxardıb bir neçə saat açıq havada saxlayıblar. Təzyiqlərə məruz qalanlar da olub.



Hüquq müdafiəçisi Səidə Qocamanlının sözlərinə görə isə, məhbuslar cəzaçəkmə yerlərində müsbət dəyişikliklərin olduğunu bildiriblər.



Həbsxanalara xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də baş çəkiblər.



Cəzaçəkmə müəssisələrində axtarış əməliyyatları fevralın 15-də 11-ci koloniyada məhbusların qiyamından sonra başlayıb. Hazırda həmin məhbuslardan 200 nəfəri təcridxanalara yerləşdirilib. Qiyam faktıyla bağlı cinayət işi qaldırılıb.
XS
SM
MD
LG