Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:53

Azərbaycanın Şərq ölkələrinə neft ixrac etməsi təklif olunub


Səs: Real audio
Buş Putinlə dostluğunu məzəmmətlərlə korlamaq istəmir Hindistanın Neft və Qaz naziri Mani Şankar Aiyar, Azərbaycan da daxil olmaqla 4 Xəzəryanı ölkəyə daha sıx əməkdaşlıq təklif edib. “Associated Press” agentliyinin yaydığı məlumata görə, nazir Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyanın Hindistan, Çin, Yaponiya və Cənubi Koreya ilə birgə 2005-ci il ərzində yüksək səviyyəli yığıncağının keçirilməsinin vacib olduğunu deyib. Məqsəd Azərbaycan da daxil olmaqla 4 neft istehsalçısı ölkəsinin diqqətini Şərqə cəlb etməkdədir. Yəni bu ölkələr gələcəkdə Hindistan, Yaponiya, Çin və Cənubi Koreyaya xam neft satsınlar. Əvəzində isə, cənab Aiyarın fikrincə, neft idxalçıları Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiyaya külli-miqdarda investisiya yatırmaq barədə imkanları araşdıra bilər. Elə iqtisadçı ekspert Vüsal Qasımlı da bu imkanlardan yararlanmağın mümkün olduğunu deyir. Onun fikrincə, iqtisadiyyatı Şərqə yönəltmək Azərbaycana yüksək gəlir gətirə biləcək amillərdəndir.

Diqqət çəkən məqamlardan biri də şərqlə qərb arasında seçimdir. Çünki bu ilin payızından Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşəcəyi gözlənilir. Və kəmərin Azərbaycan nefti ilə tezliklə doldurula biləcəyi haqda mübahisələr davam edir. Belə bir vəziyyətdə ekspert Orxan Kərimovun fikrincə Şərqə, misal üçün Hindistana, neft göndərmək imkanlarını 100 ölçüb bir biçmək lazımdır.

Azərbaycan və digər Xəzəryanı ölkələrin təklifi qəbul edib-etməyəcəyi hələlik müəyyənləşdirilməyib. Azərbaycanın Hindistandakı səfirliyindən aldığımız məlumata görə, nazir Mani Şankar Aiyarın bəyanatı yenicə səsləndirildiyi üçün təkliflərin nədən ibarət olduğu hələlik bilinmir. Amma Cənub-Şərqi Asiya ölkələri olan Çin və Hindistan dünyada neft və neft məhsullarının ən iri istehlakçılarıdır və Avropa ilə ABŞ*dan fərqli olaraq bu ölkələrin tələbatı hər il çox yüksək templə artır.
XS
SM
MD
LG