Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25

İtaliya biznesmenləri Azərbaycanda toxuculuq sənayesinə sərmayə qoymaq istəyirlər


Səs: Real audio
Buş Putinlə dostluğunu məzəmmətlərlə korlamaq istəmir Azərbaycan prezidenti İlham Əliyev fevralın 24-25-də İtaliyada rəsmi səfərdə olacaq. İkigünlük səfər zamanı o, İtaliya prezidenti, baş naziri və başqa rəsmi şəxslərlə görüşücək. Danışıqların nəticəsi olaraq iki ölkənin gənclər və idman, kənd təsərrüfatı və ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişlər imzalanacaq. Həmçinin Azərbaycan və İtaliya prezidentləri birgə bəyanat imzalayacaq. Səfər zamanı prezident Azərbaycanın biznes imkanlarına həsr olunan konfransda da iştirak edəcək.

İtaliya ticarət sahəsində Azərbaycanın ən böyük tərəfdaşıdır. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, Azərbaycanın xarici ölkələrə satdığı malların təxminən yarısı İtaliyanın payına düşür. Azərbaycandan bu ölkəyə əsasən neft məhsulları gedir – xam neft, mazut, dizel yanacağı, ağ neft. Eləcə də tütün, spirt, meyvələr. Amma İtaliyadan Azərbaycana o qədər də çox mal gəlmir, bu bütövlükdə Azərbaycana idxal olunan malların təxminən 1 faizini təşkil edir, bunlar isə daha çox sənaye məhsullarıdır – paltaryuyan maşınlar, nasoslar, neft-qaz boruları, eləcə də makaron məmulatları, meyvə şirələri. Azərbaycandakı İtaliya sərmayələri əsasən neft sektorundadır, burada AJIP şirkəti fəaliyyət göstərir. Milli Məclisdəki İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Mais Səfərli deyir ki, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün potensial var. «Mən İtaliyada olarkən italyan biznesmenlərlə görüşmüşəm. Onlar Azərbaycanda toxuculuq və maşınqayırma sahəsinə səromayə qoymaq istəyirlər». Mais Səfərli onu da deyir ki, İtaliyada Azərbaycanın biznes imkanları ilə bağlı tədbirlərin keçirilməsi təqdirəlayiqdir, xüsusən də belə bir tədbirdə Azərbaycan prezidentinin şəxsən iştirak etməsi.

Amma İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin indiki vəziyyəti barədə tənqidlər də var. İqtisadçı ekspert Azər Mehdiyev deyir ki, Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliyanın birinci yeri tutması fövqəladə hadisə deyil, onun sözlərinə görə, sadəcə. Azərbaycandan Avropaya gedən neft məhsullarını İtaliyada qeydiyyatdan keçmiş şirkət alıb-satır və iki ölkə arasındakı ticarət dövriyyəsinin böyük rəqəmlə ifadə olunması bunun nəticəsidir. Amma Azər Mehdiyev də deyir ki, İtaliya sərmayələrinin Azərbaycana gəlməsi çox faydalı ola bilər. O, italyan şirkətlərinin qeyri-neft bölməsində - xırda sahibkarlıq sahəsində böyük təcrübəsi olduğunu xatırladır və deyir ki, Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyətində, yəni iqtisadiyyatın neft sektorundan asılı olduğu dövrdə bu təcrübədən istifadəyə böyük ehtiyac var.
XS
SM
MD
LG