Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Hüquq müdafiəçiləri cəzaçəkmə yerlərində monitorinq aparıblar


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya Bu gün bir qrup hüquq müdafiəçisi ötən şənbə Ədliyyə Nazirliyi və daxili qoşunların birgə əməliyyat keçirdiyi bəzi cəzaçəkmə yerlərində olublar.



Azadlıqdan Məhrumetmə Yerlərində Müşahidə Assosiasiyasının rəhbəri Kamil Səlimovun verdiyi məlumata görə, 6 saylı koloniyada onlar məhbuslardan işgəncələr haqqında heç nə eşitməyiblər. Problemlərə gəldikdə, Kamil Səlimov deyir ki, əlil məhbusların qayğıya ehtiyacı var. Saxlanma şəraiti və qidalanmalarında irəliləyiş müşahidə olunub.



Monitorinqin yekunlarına əsasən hüquq müdafiəçiləri arayış hazırlayacaqlar.



Fevralın 15-də 11 saylı koloniyada bir qrup məhbus qiyam qaldırandan sonra həbsxanalarda əməliyyat tədbirləri keçirilib. Hüquq müdafiəçiləri əməliyyat zamanı məhbuslara işgəncələr verildiyini bildirmişdilər.
XS
SM
MD
LG