Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:22

NATO köhnəlmiş silah-sursatın ləğvində kömək edəcək


Səs: Real audio
Rusiya Amerikaya daha çox lazımdır, nəinki, Amerika Rusiyaya NATO Ağstafa ərazisində SSRİ vaxtından qalmış silah- sursatların məhv edilməsi üçün yardım proqramı hazırlayıb.



Ağstafanın Saloğlu kəndi yaxınlığında yerləşən 138 bunkerdən ibarət hərbi baza SSRİ—nin Cənubi Qafqazdakı ən böyük bazalarından biri olub.



Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirin Rzayevanın dediyinə görə, ölkə müstəqillik qazanandan sonra, 1991-ci ildə anbar partladılıb və nəticədə minlərlə partlamamış hərbi sursat 44 milyon kvadrat metrə qədər yayılıb. Bu isə yerli əhalini təhlükəyə məruz qoyur.



Ötən il ANAMA-nın mütəxəssisləri 1 milyon kvadrat metrlik ərazini hərbi sursatdan təmizləyib, yerdə qalan hissənin isə NATO-nun müvafiq idarəsinin köməkliyi ilə təmizlənməsi barədə razılıq əldə olunub.



Ərazinin təmizlənməsi üçün təxminin 1.4 milyon avro ayrılacaq. Layihənin ətraflı müzakirəsi üçün NATO mütəxəssisləri bu ilin may ayında Azərbaycana gələcək. Təmizləmə əməliyyatını isə ANAMA mütəxəssisləri aparacaq.
XS
SM
MD
LG