Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:31

«Vətəndaş Forumu» ATƏT-in tövsiyyələrinin qüsurlu olması qənaətindədir


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Fevralın 21-də İnsan Hüquqları Təşkilatları Federasiyası Azərbaycandakı məhkəmə sistemi ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun apardığı monitorinq əsasında hazırladığı hesabatt ətrafında «Vətəndaş Forumu» adlı tədbir keçirdi.



«Vətəndaş Forumu» adından ATƏT-in Bakı ofisinə təqdim olunan sənədə görə, hesabatda bəzi faktlar öz əksini tapmayıb. Və ümumiyyətlə, sənəd qüsurlardan xali deyil. Məsələn, hesabat müəllifləri məhkəmə hökmünün qanunsuzluğunu daha ciddi və arqumentli şəkildə əsaslandırmayıblar. Məsələn, 15 məhkəmə prosesinin hamısında müdafiə tərəfi oktyabr hadisələri zamanı kütləvi iğtişaş baş vermədiyini bildirib. Və buna görə də məhkumların Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə ittiham olunmasının hüquqi əsası olmadığı haqda dəfələrlə vəsatətlər qaldırıblar. Amma bu vəsatətlər rədd olunsa da, hesabatda göstərilməyib.



Eyni zamanda yeddi müxalifət fəalının məhkəməsinə geniş yer ayrılsa da, digər 14 məhkəmə prosesindəki kobud qanun pozuntuları haqda hesabatda sadəcə, epizodik qeydlər öz əksini tapıb. Məsələn, iyirmiyə yaxın məhkumun əməlində inzibati hüquq pozuntusu kimi qiymətləndirilə biləcək bəzi zorakılıq halları təsdiqini tapmayıb. Amma bununla belə, onlar ağır cinayət törətməkdə ittiham olunublar.



Vaqif Hacıbəyli sonda öz adından əlavə etdi ki, müşahidəçilər sadaladığı və sadalamadığı bir çox faktları öz rəylərində təqdim etsələr də, təəssuf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hazırladığı hesabatda bunlar öz əksini tapmayıb.



Vətəndaş Forumunun hazırladığı sənədə görə, hesabatın tövsiyyələrlə bağlı hissəsində də çatışmazlıqlar var. Məsələn, qanunsuz hökmlərin ləğvini tövsiyyə edən hesabat müəllifləri həmin hökmləri çıxaran haikmlərin məsuliyyəti barədə heç nə demirlər. Eləcə də işgəncə verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması hesabatda əksini tapsa da, işgəncəylə alınan iafadələrə əsaslanaraq insanların cinayət məsuliyyətinə cəlb olunması haqda qanunsuz hökm çıxaran prokurorluq əməkdaşları da yaddan çıxıblar.



Bundan başqa Vətəndlaş Forumu ATƏT-in təkrar məhkəmə keçirmək tövsiyyəsini isə mübahisəli sayır. Belə ki, seçki məhbuslarının bəzisi Apellyasiya və Ali Məhkməyə müraciət edib və onlar haqqında çıxarılan hökm qüvvəsində qalıb. Və belə olan halda təkrar məhkəmənin keçirilməsinin mexanizmi də məlum deyil. Elə buna görə də Vətəndaş Forumu hesab edir ki, bu qurum təkrar məhkəmə keçirilməsini tövsiyyə etməkdənsə, hökumət qarşısında seçki məhbuslarınnı azadlığa buraxılması ilə bağlı konkret vaxt qoyaydı.



ATƏT-in apardığı monitorinqdə və sənədin hazırlanmasında iştirak edən hüquqşünas Müzəffər Baxışov hesabatda bütün sənədlərin əksini tapmamasını istisna etmədi. Amma Vaqif Hacıbəylinin söylədiyi kimi o da bildirdi ki, monitorinqi aparanlar və şəxsən o bütün faktları göstəriblər. Ola bilsin onlar texniki səbəblərdən hesabatda əksini tapmayıb.



Həmin monitorinqdə iştirak edən digər hüquqşünas İntiqam Mehdiyev isə hesab edir ki, ATƏT-in hesabatı haqda belə kəskin və tənqidi danışmaq lazım deyil. İntiqam Mehdiyevə görə, nəzərə almaq lazımdır ki, hətta bu hesabatın özü belə normal ölkələrdə nəticə çıxartmaq üçün yetərlidir. Və əslində, demokratik qüvvələr bu hesabatı tənqid etməkdənsə, ordakı tövsiyyələrin yerinə yetirilməsinə çalışmalıdırlar.



ATƏT-in Bakı bürosunun sədr müavini Robin Sivord isə hesab edir ki, sənəd obyektivdir. Amma bununla belə əlavə etdi ki, Vətəndaş Forumunda səslənən fikirlər hökumətlə ATƏT-in yaradacağı ekspert qrupu tərəfindən də araşdırılacaq.
XS
SM
MD
LG