Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:51

Müxalifət İlham Əliyevin xarici səfərlərinin əngəllənməsini istəyir


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq «Azərbaycanda azad və ədalətli seçki keçirilənə və siyasi məhbus problemi həll olunana qədər İlham Əliyevin demokratik dövlətlərdə yüksək səviyyədə qəbul edilməsinə yol verilməməlidir».



Bu fikir Azərbaycanın 40-a yaxın partiyasının Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə, Gürcüstan və Ukrayna dövlət başçılarına müraciətindəndir.



Sənəddə deyilir ki, insan hüquqlarının qorunması heç bir ölkənin daxili işi olmadığından demokratik birlik Azərbaycandakı antidemokratik rejimə öz qiymətini verməlidir.



Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Əli Hüseynov isə bu müraciəti əhəmiyyətsiz sayır.



Onun qənaətincə, İlham Əliyevin xarici səfərləri Azərbaycanın dövlət mənafeyinə xidmət edir. Dövlət başçısı bu görüşlərdə Qarabağ məsələsini müzakirə edir, ölkəyə investisiya cəlb edir. Əli Hüseynova görə, iqtidar-müxalifət münasibətləri bu cür tənzimlənməməlidir.



Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov isə müxalifətin bu addımı çıxlmazlıqdan atdığını düşünür və hesab edir ki, buna təəccüblənmək lazım deyil.
XS
SM
MD
LG