Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 02:55

Aşura mərasimiylə bağlı xəstələr üçün qanvermə kampaniyası keçirilib


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Qafqaz Müsəlmanları İdarəsi Aşura mərasimiylə bağlı Bakının məscidlərində talassemiyadan əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə kampaniyası keçirdi. Təzəpir məscidində də qanvermək istəyənlərə şərait yaradılmışdı.

Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi bu dəfə də Aşura mərasimində iştirak edənlərə bədənə xəsarət yetirməməyi tövsiyə etmişdi. Ancaq yenə məscidin həyətinə özünə zəncir vuran gənclər toplaşmışdı.

Bakı polisi gücləndirilmiş iş rejimindəydi, məscidlərin ətrafında təcili yardım maşınları da vardı. Təcili Yardım Stansiyasının həkimi Natəvan Əbilovanın sözlərinə görə, həkimlər səhər saat 6-dan məscidəlrin yaxınlığındadırlar, mərasimin sonuna qədər burda olacaqlar. Müraciət edənlər qan təzyiqindən əziyyət çəkənlər olub.

Talassemiydan əziyyət çəkən uşaqlar üçün 1998-ci ildən qanvermə kampaniyası keçirən «Cümə» məscidi dini icması da bir müddət əvvəl dayandırdığı kampaniyanı bərpa edib. «Cümə» məscidinin imamı İlqar İbrahimoğlunun sözlərinə görə, icmanın məsciddən çıxarılması, icma üzvələrinin təqib olunması proqramın həyata keçirilməsinə mane olmuşdu. İlqar İbrahimoğlu bildirir ki, məsciddən kənarda qanvermə kampaniyasını damam etdirməyi planlaşdırırlar.

Bakı şəhər baş polisidarəsindən verilən məlumata görə, Aşura mərasimi sakit keçib.
XS
SM
MD
LG