Martın 20-də Bakıda «Muğam aləmi» Beynəlxalq Muğam Festivalının əsas hissəsi işinə başlayır. Festivalın ilk konserti sabah axşam saat 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynovanın «Azadlıq» radiosuna verdiyi məlumata görə, festival özündə çoxsaylı tədbirləri birləşdirir:
- Festivala «Muğam aləmi» beynəlxalq elmi simpoziumu daxildir. Bu simpoziumun işində nüfuzlu xarici alimlər iştirak edirlər. Eyni zamanda, Azərbaycandan da çoxsaylı tədqiqatçı ordusu bu tədbirə qatılıb. Simpozium dünəndən başlayıb və sabah öz işini bitirəcək. Artıq sabah axşam festival özü başlayır. Dünyanın ən müxtəlif ölkələrindən çoxsaylı musiqiçilər festivala qatılıblar. Siyahı böyükdür – Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, hətta İtaliyadan da musiqiçilər var. Elə bu gün axşam mənşəcə italyan dirijoru, amma Braziliyada yaşayan Silvio Barbato Bakıya gəlir. O, Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun «Şur», «Kürd Ovşarı» və «Gülüstan Bayatı-Şiraz» simfonik muğamlarına dirijorluq edəcək. Bu muğamlara yeni bir şərhdə qulaq asacağıq. Sabahdan etibarən isə artıq sırf muğam ənənəsi ilə məşğul olan musiqiçiləri dinləyəcəyik. Müxtəlif tərkibli muğamlar səslənəcək. Özbəkistandan, Suriyadan gələn musiqiçilərin ifasında ərəb, İran muğam ənənələrinə qulaq asacağıq. Eyni zamanda, hər gün Azərbaycan muğamı səslənəcək. Belə nəzərdə tutulub ki, Muğam Mərkəzində keçirilən tədbirlərdə məşhur xanəndələrin ifasında 7 muğam dəstgahı səslənsin.
L.Hüseynovanın sözlərinə görə, Bakıda keçirilən Beynəlxalq Muğam Festivalına maraq çox böyükdür:
- Xüsusilə də, burada yaşayan xarici vətəndaşlar, səfirliklərin nümayəndələri maraq göstərirlər. Çünki bu festival özündə muğamla bağlı bütün cəhətləri əks etdirəcək. İstər muğamın elmi cəhətdən işlənilməsi məsələsi ilə tanış olacağıq, istərsə də, qədimdən gələn sırf muğam ənənəsini və onun hazırkı həyatını görəcəyik. Eyni zamanda, muğam bəstəkar yaradıcılığında əks etdiriləcək. Yəni, festivalda muğam hərtərəfli əhatə olunub – muğam operaları, simfonik muğamlar və klassik muğamlar səslənəcək. Qeyd edim ki, festival çərçivəsində Muğam İfaçılarının Beynəlxalq Müsabiqəsi də keçirilir. Müsabiqənin qalibləri martın 25-də - festivalın son konsertində bəlli olacaq.
Martın 18-dən 25-dək davam edəcək Beynəlxalq Muğam Festivalının təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Festivala Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Təhsil Nazirliyi dəstək verir.