Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:05

“İran və Suriya ABŞ-a qarşı birləşirlər”


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq --“Eurasia View”



İlham Əliyevin İrana səfərindən sonra Azərbaycan geosiyasi dilemmayla üzləşib. Azərbaycan hakimiyyəti İranla münasibətləri sahmana salmaq, amma eyni zamanda Birləşmiş Ştatlarla sıx əlaqələri qoruyub saxlamaq istəyir.



Ancaq Vaşinqtonla Tehran arasındakı düşmənçiliyi nəzərə alsaq doğru diplomatik balans tapmaq Bakı üçün çətin olacaq.



--“Qardian”



Rusiya Çeçenistanda insan oğurluğu, işgəncə və qətllərin qarşısını almamaqda günahlandırılır.



“Hyuman Rayts Votş” insan haqları təşkilatı bəyan edib ki, hakimiyyət sorğu-sual üçün hər gün orta hesabla iki çeçen vətəndaşını oğurlayır. Bir çox hallarda bu insanlar izsiz-soraqsız yoxa çıxırlar.



“Memorial” insan haqaları təşkilatının hesablamalara görə, son 5 ildə Çeçenistanda 100-ə yaxın mülki şəxs itib. Təkcə keçən il təşkilat 400 oğurlanma faktını sənədləşdirib.



--“İnterneşnl Herald Tribyun”



Uzun illər insan alveri problemini inkar edən Yaponiya hökuməti hazırda problemin həlli üçün qanun hazırlayır.



Hökumət bu lin martından əyləncə sənayesi işçilərinə verilən vizaların sayını kəskin azaltmaq niyyətindədir.



Amma alver qurbanlarının müdafiəçiləri deyir ki, hökumətin problemə münasibəti yetərincə ciddi deyil.



Keçən il ABŞ Dövlət Departamenti "Dünyada insan alveri haqqında" illik hesabatında Yaponiyanı xüsusi qeyd edib. Yaponiya insan alveri problemi yaşanan ölkələrin siyahısında yeganə sənayecə inkişaf etmiş ölkə olub.



--“Deyli Teleqraf”



Rusiyanın Suriyaya hava hücumundan müdafiə raketləri satmaq qərarı onsuz da gərgin Amerika—Rusiya münasibətlərini daha da sərtləşdirəcək.



Rəsmi Vaşinqton bu raketlərin İraqdakı yaraqlıların əlinə keçəcəyindən və onun təyarələrinə qarşı istifadə olunacağından ehtiyat edir. İsrail də sövdələşmənin əleyhinə çıxır.



Rusiyayla İsrail arasında münasibətlər son vaxtlar yaxşılaşıb, amma raketlərin satışı əlaqələri poza bilər.



--“Tayms”



Fevralın 16-da İran və Suriya Birləşmiş Ştatlara qarşı vahid cəbhə qurduqlarını bildiriblər.



“Biz Suriyaya təhlükələrə sinə gəlməkdə kömək etməyə hazırıq”. Bunu Tehranda Suriya baş naziri Məhəmməd Naci Otri ilə görüşdən sonra İranın vitse-prezidenti Məhəmməd Rza Arifi deyib.



Vaşinqton çoxdandır Suriyanı terrorçuları sığındırmaqda günahlandırır. Bazar ertəsi Livanın keçmiş baş naziri Rafiq Həririnin qətlindən sonra ittihamların kəsəri daha da artıb.



Suriyanın İranla açıq-aşkar çiyin-çiyinə durması Buş administrasiyasını təəccübləndirməyib. Artıq bir neçə ildir ki, ABŞ rəsmiləri Suriyanı “Hezbollah” terrorçularını maliyyələşdirən İranla əlbir olmaqda günahlandırır.



--“Nyu York Tayms”



Amerika mütəxəssisləri robotlardan ibarət yeni nəsil ordusu üzərində iş aparırlar.



Pentaqonun proqnozlarına görə, 10 ildən sonra robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq. Silahlı qüvvələrin robotlaşdırılmasına 127 milyard dollar ayrılacaq.



Mütəxəssislərin sözlərinə görə, bu robotlar insanlar kimi görünəcəklər.



Amma “robot düşməni özününkündən necə fərqləndirəcək” sualı açıq qalır.
XS
SM
MD
LG