Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Səfir A. Yurçenko: ««Pora» Ukrayna dövlətini təmsil etmir»


Səs: Real audio
Rüşvətxorluq Rusiyada həyat tərzidir ««Pora» gənclər təşkilatı dövlət təşkilatı deyil. Bu, ictimai təşkilatdır. Onun verdiyi bəyanatlar Ukrayna hökuməti və prezidentinin fikrləri ilə heç də həmişə üst-üstə düşmür».



Fevralın 27-də Ukraynanın Bakıdakı səfirliyində mətbuat konfransı keçirən səfir Anatoli Yurçenko belə dedi.



«Qəzetlərdə hətta «Pora»nın Azərbaycanda inqilabı maliyyələşdirəcəyi barədə bəyanatlar da gedir. Mən hesab edirəm ki, bu, situasiyanın obyektiv ifadəsi deyil. «Pora» heç kimi maliyyələşdirə bilməz. Çünki bir ictimai təşkilat kimi yəqin, onun özünün pula ehtiyacı var.



O ki, qaldı müxtəlif ölkələrin ictimai təşkilatlarının - o cümlədən də «Pora»nın Azərbaycanın ictimai təşkilatları ilə birgə fəaliyyətinə və ya əməkdaşlığına, bu, onların öz işidir».



Səfir deyir ki, bu məsələ həddən artıq siyasiləşdirilib.



Anatoli Yurçenkonun sözlərinə görə, bu ilin may və ya iyun ayında Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana səfəri gözlənilir. Cənab Yurçenko bu səfərin zəruri olduğunu bildirir.
XS
SM
MD
LG