Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:49

Neft və kimya sənayesinin nəhəngi - ExxonMobil şirkətinin kökləri tarixin 140 illik dərinliyinə gedir


Səs: Real audio
“Ukrayna Vladimir Putinin rəqibləri üçün pladsdarma çevrilir” Dünyanın aparıcı neft şirkətlərinin ən böyüyü ”ExxonMobil Co.” olduğundan neft şirkətləri haqqında ilk söhbətimiz də bu korporasiya haqqındadır.



Rəsmi olaraq Ekson Mobil-nin yaranması tarixi 1998-ci il sayılır. Həmin il ”Exxon Oil Co.” prezindeti Lee Raymond ve ”Mobil Oil Co.” rəhbəri Lou Noto arasında iki şirkətin birləşməsi haqqinda müqavilə imzalandı. Amma EksonMobil kimi dünya neft nəhənginin köklərini tapmaq üçün XIX əsrə, sənaye inqilabının ayaq açdığı Amerikaya tarixi bir nəzər salmaq lazım gəlir. 1865-ci ilin fevral ayında Ohio ştatının Clevelend şəhərində iki sahibkar arasında qeyri-adi razılaşma əldə olundu. Bu iki nəfər 6 ildən artiq birlikdə ticarətlə məşğul olan və kifayət qədər səmərə əldə edən Marius Klark və Cohn D. Rockfeller idi və hər şeydən göründüyü kimi şərikliyin yolayırıcısına gəlib çatmışdılar. Onların birgə şirkətlərinin necə inkişaf etdirilməsi ilə bağlı fikiləri kəskin şəkildə fərqlənirdi. Klark əvvəlki kimi duz, ət ve digər gündəlik tələbat mallarının ticaretini davam etdirmək, Rockfeller isə yenicə daxil olduqları neft sənayesində kök salmağı təklif edirdi. Uzun mübahisədən sonra belə qərara gəlirlər ki, aralarında hərrac keçirsinlər: kim şərikinə daha çox pul təklif etsə, onun payını alaraq şirkətin tam sahibi olsun. 500 dollardan başlayırlar. Çox keçmir ki, sövdələşmə məbləği 70 min dollari ötür. Clark 72 min təklif edir və əminliklə gözləyir ki, tərəf-müqabili indicə geri çəkiləçək. Lakin gözlənilmədən Rockfeller ”72500” deyə cavab verir. Geri cəkilən də məhz Klark olur. O, Rocfellerin əlini sıxıb ona uğurlar diləiyr. Ohio ştatında, sonra Amerika və nəhayət dünya bazarlarında hökmranlıq etməyə başlayan neft imperiyasının yaradılmasına doğru atdığı ilk addim, Rockfellerin öz sözlərinə görə məhz Klarkla keçirdiyi həmin hərrac olur.



Bir sahibkar kimi Rockfelleri öz rəqiblərindən ayıran ən başlıca xüsusiyyət onun iqtisadi prosesləri bütovlükdə görmək bacarığı idi. Belə ki, o, biznes fəaliyyətinin istər maliyyə, istər təşkilati, istərsə də istehsalat və texnologiya tərəflərinə eyni diqqətlə yanaşır, fitri intuisiya və məqsədyönlülük nümayiş etdirirdi. Clevelendin onlarla neftayırma zavodlarından yalnız birinin sahibi qismində yenicə ayaq açan neft sənayesinə atilan Rockfeller tezliklə nəinki bütün ətraf zavodlari ələ kecirmiş, ağ neftin satışı üzrə nəhəng bir qlobal şəbəkə yaratmağa nail olmuşdu. Kifayət qədər gəlir əldə edən Rockfellerin şirkəti bankların borc və girov məngənəsindən təmamilə azad olmuş, genişlənmək, yeni-yeni bazarlar qazanmaq üçün əl-qolu açılmışdı.



Müasir holdinq formali iri müəssisələrin, yəni səhmdarlıq yolu ilə şirkətlərin bir-birinə nəzarət etməsinin banisi sayılan Rockfellerin və onun imperiyasının iqtisadi uğurları ilə qarşılaşdığı ictimai problemlər kəskin təzad təşkil edirdi. Amerika qanunvericiliyində o zaman Rockfellerin qurduğu şirkətlər birliyinin legitimliyi, yəni bir şirkətin digərinin səhmlərinə sahib olmaq haqqı nəzərdə tutulmadığından Rockfeller 1882-ci ilde Standard Oil Trust səhmdarlar cəmiyyətini yatarmağa məcbur olur. Rəqiblərinə qarşı apardığı amansız mübarizə metodları ictimai fikri Standard Oila qarşı yönəltmişdi. Bir sıra ştatlarda Rockfellerə və Statndarda qarşı məhkəmələr keçirilir, qezətlər iri həcmli tənqidi məqalələr dərc edirdi. Iş o yerə çatmışdı ki, analar öz uşaqlarını Rockfellerin adı ilə qorxudurdular. Standardın rəqibləri şirkətdən təzminatlar tələb edir, hətta federal hakimiyyət belə bu ölkə içindəki ölkəyə son qoymaq istəyirdi. Stantard oil 10 illərlə davam edən məhkəmə cəkişmələri mərhələsinə qədəm qoyur.



1911-ci ildə ABŞ Ali məhkəməsi St
XS
SM
MD
LG