Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:50

İsa Qəmbər hakimiyyətlə dialoqa hazır olduqlarını bildirir


Səs: Real audio
"Laçında ermənilərin məskunlaşması həvəsləndirilir və maliyyələşdirilir. Qalan 6 rayonda isə görünür, məskunların 80-90 faizi oraya özləri ya da qeyri-hökümət təşkilatları və erməni diasporunun köməyi ilə gəliblər". «Bizim Azərbaycan» bloku yaxın vaxtlarda kütləvi aksiyalara başlayacaq.



Bu haqda blokun rəhbəri, Müsavat partiyasının başqanı İsa Qəmbər bugünkü mətbuat konransında məlumat verdi. İsa Qəmbərin sözlərinə görə, kütləvi aksiyalarda əsas istiqamət qarşıdakı parlament seçkiləri olacaq.



İqtidarla dialoqa gəldikdə isə, Müsavat başqanı bildirdi ki, müxalifət bundan çəkinmir, hakimiyyətlə dialoqa hazırdır.



İsa Qəmbər onu da bildirdi ki, əgər seçki məhbusları azadlığa buraxılarsa, müxalifət bunu müsbət qiymətləndirəcək.
XS
SM
MD
LG