Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:28

Əli Həsənov: hesabat Prezident Aparatında öyrəniləndən sonra ATƏT- in nümayəndələri ilə birgə iş aparılacaq


Səs: Real audio
"Laçında ermənilərin məskunlaşması həvəsləndirilir və maliyyələşdirilir. Qalan 6 rayonda isə görünür, məskunların 80-90 faizi oraya özləri ya da qeyri-hökümət təşkilatları və erməni diasporunun köməyi ilə gəliblər". Prezident Aparatı İctimai Siyasi şöbənin müdiri Əli Həsənov deyir ki, «oktyabr hadisələrinin iştirakçısı olan məhbusların əfv edilməsi məsələsi hazırda gündəmdə deyil. Buna Əfv Komissiyasında baxılmayıb. Sadəcə olaraq onların əfvi ilə bağlı ayrı-ayrı beynəlxalq qurumlardan, jurnalist birliklərindən və digər təşkilatlardan müraciətlər var. ATƏT-in Demokratik İnstitutlar Bürosunun rəhbəri, AŞ-nın monitorinq qrupu Bakıda olarkən belə müraciətlər ediblər. Həmçinin bir sıra səfirliklər bu fikri səsləndiriblər. Onlar cəmiyyətin dialoq ab-havasının yaxşılaşdırılmasını və başqa məsələləri nəzərə alıb xahiş edirlər ki, cənab prezident həmin məhbusları əfv eləsin. Əfv Komisiyası bu müraciətlərə baxır, cəepab prezidentin hansı qərarı qəbul edəcəyi isə sonranın işidir.

Əli Həsənovun sölərinə görə, indəyə qədər əfv olunanların arasında siyasi məhbus adlandırılanların yetərincə olması da onu göstərir ki, belə müraciətlərsiz də dövlətin əfv institutu işləyir və kimliyindən asılı olmayaraq insanların normal həyata qayıtmaları üçün şərait yaradılır. ATƏT-in son hesabatına gəlincə şöbə müdiri deyir ki, «həmin hesabat prezident aparatına da daxil olub. Qərara gəlmişik ki, onlar öyrəniləndən sonra ATƏT- in nümayəndələri ilə birgə iş aparaq».

Əli Həsənov əlavə edir ki, zaman-zaman prezident tərəfindən mütəmadi olaraq humanist addımlar atılır. İndiyə qədər 2000 – dən artıq məhbusun əfv olunması da məhz bunun nəticəsidir.

Son günlər 2003-cü ilin oktyabr ayında prezident seçkilərindən sonra baş vermiş zorakı nümayişlərlə bağlı məhkəmə işlərinə dair ATƏT-in yekun hesabatına nüfuzlu ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri də münasibət bildirirlər. ABŞ səfirliyinin Rəsmi Vaşinqtonun bu məsələ ilə bağlı mövqeyini bildirən məlumatında deyilir ki, Birləşmiş Ştatlar hesabatda sənədləşdirilmiş məhkəmə tərəfindən müntəzəm şəkildə çoxsaylı sui istifadə hallarından narahatdır və hökuməti götürdüyü öhdəliyə əməl edərək sənəddə qeyd olunan problemləri həll etməyə çağırır.

Böyük Britaniya səfirliyinin AB adından yaydığı açıqlamada da hesabatla bağlı narahatçılıq ifadə edilir və qeyd olunur ki, «AB ATƏT-in hesabatında gəldiyi rəyə qoşularaq bildirir ki, həmin proseslər zamanı məhkum olunanlar azad edilməli, ittihamlar isə əğv olunmalı və ya yenidən baxılmalıdır».

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, bu məsələnin həllində böyük dövlətlərin gerçək marağı yoxdur. Ona görə də onlar bu işi, ATƏT və AŞ kimi tərbiyəvi qurumlara tapşırırlar.

Zərdüş Əlizadəyə görə, «beynəlxalq aləm öz qanunları ilə yaşayır. Onlar təkamül yolu ilə gedən təşkilatlardır və seçdikləri üsul da tərbiyyədir. Oktyabr hadisələrində həbs olunanların azad edilməsi isə beynəlxalq aləmin Azərbaycana göstərəcəyi təzyiqlərdən asılıdır. Əgər məmurlar anlasalar ki, bu təziqlərin nəticəsi pis olacaq onda, məhbusları buraxarlar».

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun fikrincə isə, ATƏT-in hesabatı və bu hesabata ABŞ-ın, AB-nin dəstəyi barədə Azərbaycan cəmiyyətinin dəqiq məlumatı olması vacibdir.

Hüquq müdafiəçisinin sözlərinə görə, buna nail olmaq üçün fevralın 21-də vətəndaş forumu keçirmək qərara alınıb. Təşkilatçısı İnsan Hüquqları Federasiyası olan bu foruma siyasi partiyalar, QHT-lər, ziyalılar, jurnalistlər, ATƏT-in və digər beynəlxalq təşkilatların nümayəndələrinin dəvət olunması nəzərdə tutulub. Leyla Yunus deyir ki, Məqsəd ATƏT-in hesabatını və AB-nin təkliflərini təhlil edərək onları dəstəkləmək, eyni zamanda həmin tə
XS
SM
MD
LG