Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 07:00

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye ilə müsahibə


Səs: Real audio
"Laçında ermənilərin məskunlaşması həvəsləndirilir və maliyyələşdirilir. Qalan 6 rayonda isə görünür, məskunların 80-90 faizi oraya özləri ya da qeyri-hökümət təşkilatları və erməni diasporunun köməyi ilə gəliblər". Bir həftə ərzində ATƏT-in ekspertləri son 12 ildə erməni qoşunlarının işğalı altında olan yeddi Azərbaycan rayonunda faktaraşdırma missiyası həyata keçiriblər.



Səkkiz üzvdən ibarət olan missiya Minsk qrupunun nəzarəti altında Kəlbəcər, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan və Ağdam rayonlarında olub.



1992-1993-cü illərdən bəri ilk dəfədir ki, ATƏT-ə bu ərazilərdə araşdırma aparmağa icazə verilmişdi. Azərbaycanın işğal olunmus rayonlarına səfər edənlərdən biri Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Bernar Fasyedir.



Cənab Fasye "Azadlıq" radiosunun müxbirinə bildirib ki, missiyanın baş tutması Bakı və Yerevan arasında uzun və ağır keçən danışıqlardan sonra mümkün olub. Cənab Fasye deyir ki, Bakı missiyanın baş tutması üçün ciddi güzəştə getməyə razı olub.



Ermənistanın ilkin etirazına baxmayaraq, Minsk qrupunun köməyi ilə iki ölkə arasında kompromis missiyanın baş tutmasında əsas faktor olub.



Kompromisin əsas bəndi isə odur ki, Azərbaycan BMT-də başladığı təşəbbüslərinə son qoymalı və bunun əvəzində Ermənistan bu missiyanın keçirilməsinə icazə verməliydi. Səfərin texniki məsələləriylə bağlı tərəflər öz aralarında razılıq əldə etmişdilər.



Azərbaycan iddia edir ki, Ermənistan və Dağlıq Qarabağın rəhbərliyi işğal olunmuş ərazilərdə 23 minə qədər erməni köçkünü yerləşdirib. Azərbaycan "məqsədyönlü kolonizasiya" adlandırdığı prosesə dərhal son qoyulmasını tələb edir.



Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Bernar Fasye radiomuza bildirib ki, bir istisnayla, Ermənistandan işğal olunmuş ərazilərə miqrasiya daha çox dağınıq və improvizasiya şəklindədir.



O deyir:



"Bir çoxlarının düşündüyünün əksinə olaraq belə görünür ki, bu ərazilərin məskunlaşdırılmasıyla bağlı məqsədli və iri miqyaslı plan yoxdur. Laçın rayonunu çıxmaq şərtiylə. Laçında ermənilərin məskunlaşması həvəsləndirilir və maliyyələşdirilir. Qalan 6 rayonda isə məskunların 80-90 faizi oraya özləri ya da qeyri-hökümət təşkilatları və erməni diasporunun köməyi ilə gəliblər. Laçını çıxmaq şərtiylə, Xankəndi və Yerevanın bu məsələdə böyük rol oynaması hiss olunmur".



ATƏT-in missiyası bu ərazilərdə əhalini siyahıyaalma mandatına malik deyil, bununla belə cənab Fasye inanır ki, işğal olunmuş ərazilərdə yaşayan erməni məskunlarının sayı Azərbaycan rəsmilərinin verdiyi rəqəmlə demək olar ki, üst üstə düşür.



Fransalı diplomatın sözlərinə görə, məskunların böyük hissəsi münaqişənin ilk aylarında Azərbaycandan gələn qaçqınlardır. İkinci böyük qrup Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələ qurbanlarıdır. Fransalı diplomat üçüncü qrupun olduğunu da deyir.



"Bu daha kiçik bir qrupdur. Bunlar əsasən iqtisadi səbəblərə görə Ermənistanı tərk edən adamlardır. Və ya Ermənistanın dağlıq zonalarında yaşayan ermənilərdir. Onlar mövsumdən mövsümə mal qaranı otarmaq üçün bu ərazilərə gəlirlər".



Cənab Fasye qeyd edir ki, erməni məskunlarının əksəriyyəti Yerervan və Xankəndindən heç bir yardım almır.



Bir neçə ailədən ibarət olan erməni kəndləri isə yol və rabitənin olmaması üzündən təcrid olunmuş vəziyyətdədir.



Laçın istisna olmaqla, müharibə zamanı dağıdılmış infrastrukturun bərpası üçün heç bir mütəşəkkil cəhd göstərilmir.



Cənab Fasye həmçinin qeyd edir ki, atəşkəsin əldə olunmasından 10 il keçməsinə baxmayaraq, hər hansı bir rekonstruksiya proqramına başlanılmayıb və məs
XS
SM
MD
LG