Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Müşahidəçilər məntəqədən səssayma bitməmiş gedib


18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 8 saylı məntəqəsində səssaymanı «Azadlıq» radiosunun müxbiri İlqar Rəsul müşahidə edib.

Nəticələrə əsasən, qeydiyyatda olan 1404 seçicidən 909-u referendumda iştirak edib. Onların da əksəriyyəti referenduma çıxarılan bütün suallara «hə» deyiblər. Etibarsız bülletenlərin sayı 11, bütün suallara «yox» cavabı verənlərin isə sayı 8 olub.

«Azadlıq» radiosunun müxbiri həmin məntəqədən müşahidəçilərin səssayma bitməmiş getdiyini bildirib. Onlara niyə məntəqəni səslər sayılmamış və protokol tərtib olunmamış tərk etdiklərini soruşanda müxbirimizə bildiriblər ki, onlar komissiya üzvlərinə etibar edirlər və buna görə də, gecə saat 2-yədək burada oturmaq niyyətində olmadıqlarını bildiriblər.

Məntəqədə səssayma başlayanadək müşahidəni «Yeni Azərbaycan» və «Davamlı İnkişaf» təşviqat qruplarının müşahidəçiləri aparırdı. Onların dediyinə görə, günorta saatlarında orada müxalifətdən olan müşahidəçilər də olub, amma prosesi sonadək izləməyiblər.
XS
SM
MD
LG