Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:25

Əcnəbilərlə ailə quran Azərbaycan vətəndaşlarının sayı artır


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Azərbaycanda xarici vətəndaşlarla ailə quranların sayı ildən-ilə artır. Rəsmi statistikaya görə, ötən il belə nigahların sayı 500-dən çox olub. Bunun çox hissəsi azərbaycanlı qızlarla xarici vətəndaşların nigahıdır. Azərbaycanlı qızların ailə qurduğu əcnəbilər arasında Türkiyədən, İrandan tumuş Avstraliya, Banqladeşə qədər ən müxtəlif ölkələrin vətəndaşları var.

Həmsöhbətim Sevda Məmmədova ixtisasca mühəndisdir, 1989-cu ildə Bolqarıstana turist səfəri zamanı bir İran vətəndaşıyla tanış olub, Daha sonra o, Bakıya, tanış olduğu oğlan isə işlədyi Yaponiyaya qayıdıb, onlar iki ilə yaxın məktublaşıblar, günlərin bir günü isə həmin İran vətəndaşı Azərbaycana gəlib və Bakıda, o dövrün ifadəsi ilə desək. beynəlmiləl ailənin təməli qoyulub. Amma onların nigahları uğursuz olub. Hələ rəsmi şəkildə ayrılmasalar da, Sevda xanım xeyli müddətdir ki, ərindən ayrı – oğluyla birgə Bakıda yaşayır. «Mən inanmıram ki, hansısa azərbaycanlı qız xariciyə sevib getsin. Hamı nəyə görəsə… Mən ailə quranda 90-cı illər idi, Bakı bərbad vəziyyətdə idi. maraqsız idi…»

Azərbaycanda xarici vətəndaşlarla nigahlar çoxalmaqla yanaşı belə ailələrdə boşanmalar da artır. Keçən il, rəsmi statistikaya görə, 80-ə yaxın belə ailə dağılıb. Qadın Krizis Mərkəzinin mütəxəssisi Təranə Həsənova deyir ki, belə boşanmaların əsas səbəbi ailənin qarşılıqlı məhəbbət yox, xarici ölkədə firavan həyat istəyi üzərində qurulmasıdır. Təranə Həsənova deyir ki, hətta ailə sevgi üzərində qurulsa belə, xaricilərlə nigah uğursuz ola bilir, bunun səbəbi isə oğlanla qızın müxtəlif adət-ənənələri, düşüncə tərzini təmsil etməsidir. O deyir ki, Qadın Krizis Mərkəzinə daha çox müsəlman ölkələrinin vətəndaşlarıyla ailə quran qızlar və onların valideynləri müraciət edirlər. «Sevgi-məhəbbət bir balaca soyuyan kimi bu gənclərin fərqli xüsusiyyətləri özünü qabarıq büruzə verməyə başlayır. Ailə qurmamışdan əvvəl qız da. oğlan da hansısa şirkətdə işləyirdilər, müasir gənclər kimi görünürdülər, amma sonra qızı salırlar bir küncə, evdən bayıra buraxmırlar ki, bizdə belə qəbul olunub…»

Təranə Həsənovanın bu fikirləriylə İran vətəndaşı ilə nigahı uğursuz olan Sevda xanım da razıdır. O deyir ki, 10 il ərzində nə İran cəmiyyətinə uyğunlaşa bilib, nə də düşdüyü ailəyə. Onun sözlərinə görə, həmin ölkədə Azərbaycandan fərqli olaraq qadınları bayıra çıxarkən başını bağlamağa məcbur edirlər, hüquqi baxımdan qadın ərindən asılı vəziyyətdədir və sair.

Azərbaycanda xarici vətəndaşlarla nigahı qeydiyyata almaq səlahiyyəti Bakı Şəhər Səadət Sarayındadır. Sarayın direktoru Həqiqət Səlimova deyir ki, xaricilərlə bağlanan bəzi nigahların uğursuz olması bütün belə nigahların üzərinə kölgə salmaq üçün əsas ola bilməz. O hesab etmir ki, belə boşanmaların əksəriyyəti qızla oğlanın fərqli milli mentalitetə malik olmasından irəli gəlir. Həqiqət Səlimova xaricilərlə nigahları hətta Azərbaycan cəmiyyəti üçün lazımlı sayır, «Burda hətta əmioğluna gedirlər, xasiyyətləri düz gəlmir, qayıdıb gəlirlər. Uyğunluq ayrı şeydir. Azərbaycan müharibədə böyük itkilər verib, bir çox qızlar ailə qura bilməyib. Ona görə də, əgər ortada sevgi-məhəbbət varsa, niyə də azərbaycanlı qızlar əcnəbiyə getməsin, uşağı olmasın».

Amma Həqiqət Səlimova etiraf edir ki, xaricilərlə ailə quran zaman azərbaycanlı gənclər, onların ailələri bəzən tələskənliyə yol verirlər. Gənclər bir-birilərini kifayət qədər tanımamış ailə qururlar. «Bizim çatışmayan cəhətimiz ondan ibarətdir ki, məsələn, Avropa ölkələrində gənclər uzun müddət görüşürlər, bir-biriləri ilə faktiki nigahda olurlar, bizdə isə «ayıbdır, qonşular, qohümlar nə deyər» düşüncəsi hələ də qalmaqdadır. Ona görə də bəzən gənclər bir-birilərini yaxşı tanımamış
XS
SM
MD
LG