Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 03:06

Qutudan topa bülletenlər çıxıb


18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 7 saylı məntəqəsində seçki qutusundakı bülletenlərin etibarlı olub-olmaması aydınlaşdırılır.

Məntəqədə olan əməkdaşımız Maarif Çingizoğlu deyir ki, qutudan topa bülletenlər çıxıb. Məntəqə seçki komissiyasının sədri bu bülletenlərin gözdən əlil olanlara məxsus olduğunu söyləyib:

«Sədr dedi ki, əlillər iki-iki gəlib səs verib. Ona görə bülleten qoşa salınıb».

Amma qutudan çıxan topa bülletenlər qoşa yox, uç-uç, dörd-dörd idi. Seçki siyahısında 1400-dən çox seçici var. Onların 900-dən çoxu səsvermədə iştirak edib.
XS
SM
MD
LG