Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Rusiya hüquq müdafiəçiləri Rəhim Qazıyevi azad etməyə çağırırlar


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Rusiyalı hüquq müdafiəçiləri sabiq müdafiə naziri Rəhim Qazıyevin azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət ediblər. Bu barədə hazır sənəd prezidentə bu ayın 15-də onun Moskva səfəri vaxtı təqdim olunacaq.



Rəhim Qazıyevlə bağlı məhkəmənin çıxardığı hökmün əsassız olduğunu bildirən hüquq müdafiəçiləri hesab edirlər ki, 1996-cı ildə Rəhim Qazıyevin Bakıya təhvil verilməsi qaydasında da ciddi qanun pozuntusuna yol verilib. Rəhim Qazıyevə ekstradisiya qərarından şikayət etmək imkanı verilməyib.



Bu haqda fevralın 11-də hüquq müdafiəçisi Leyla Yunus və sabiq nazirin vəkili Elton Quliyevin birgə mətbuat konfransında bildirilib.



Leyla Yunusun sözlərinə görə, Avropa Şurası Azərbaycan hökumətinə bu məsələni aprel ayına qədər həll etmək üçün vaxt verib.



Vəkil Elton Quliyev isə müdafiə etdiyi şəxslə bağlı müraciətin Avropa Məhkəməsində qəbul olunmasını müsbət hal kimi qiymətləndirdi. O dedi ki, «ölkədə siyasi məhbusların azad edilməsi ilə bağlı çox işlər görülüb. Ancaq Rəhim Qazıyevin bu gün də həbsdə saxlanması heç nə ilə izah edilə bilməz. O, da azad edilməlidir».



Bu günlərdə Şəkidə Rəhim Qazıyevlə bağlı daha bir müdafiə komitəsi yaradılıb. Həmin komitə də prezidentə müraciətində yaşını, cəzasının böyük hissəsini çəkməsini nəzərə alaraq keçmiş müdafiə nazirinin azadlığa buraxılmasını xahiş edir.



Rəhim Qazıyev 1995-ci il may ayının 12-də qiyabi olaraq məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.



Azərbaycan Avropa Şurasına qəbul edildikdən sonra – 2003-cü ilin iyununda Apellyasiya Məhkəməsi təkrar məhkəmə keçirərək onun barəsində çıxarılan ölüm hökmünü 15 il həbs cəzası ilə əvəz edib.
XS
SM
MD
LG