Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:34

YAP “Röyter” agentliyini ittiham edir


Hakim YAP-nın bayrağı
Hakim YAP-nın bayrağı
Hakim Yeni Azərbaycan Partiyası “Röyter” agentliyini referendumun gedişi ilə bağlı təhrif edilmiş məlumatlar yaymaqda ittiham edib. Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, agentliyin saytında yayılan məlumatlar 18 mart referendumunun əsas məqsədini, mahiyyətini və referendumun gedişini təhrif edilib.

Hakim partiya qeyd edir ki, “Röyter” öz məlumatlarında Konstitusiyaya dəyişikliyinin
prezident İlham Əliyevin ömürlük hakimiyyətdə qalması üçün edildiyini yazıb.

Partiya öz məlumatında agentliyin müxbirlərinə izah etməyə çalışır ki, bir nəfərin dalbadal iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət prezidentin seçki yoluyla hakimiyyətə gəlməsini inkar etmir.

YAP “Röyter”in Azərbaycanda seçki hüququ olan vətəndaşların iki milyon nəfərinin Rusiyada işləməsi haqqında məlumatının da əsası olmadığını yazır.

Hakim partiya referendum günü “Azadlıq” radiosunun yaydığı məlumatlara da buna bənzər etiraz bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG