Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:34

“Əsgər Akayev artıq itirilib”


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” --“Assoşeyted Press”



Ermənistan təhlükəsizlik orqanları Azərbaycanın xeyrinə cəsusluq ittihamıyla bir Ermənistan vətəndaşını həbs ediblər.



Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti həmin şəxsin adını açıqlamayıb, onun nə vaxt və hansı şəraitdə tutulduğu da göstərilməyib.



Keçən ilin payızında da Yerevan məhkəməsi casusluq ittihamıyla dörd ermənini 6 ildən 14 ilədək həbs cəzasına məhkum etmişdi.



--“Krisçen Sayns Monitor”



Tbilisi və Kiyevdəki dinc küçə inqilabları digər avtoritar keçmiş Sovet respublikalarında da təkrarlana bilər.



Keçən həftə paytaxt Daşkənddə narınc şərf və şüarlar yelləyən onlarla özbək evlərinin sökülməsinə qarşı etiraz aksiyaları keçiriblər.



Qırğızıstan paytaxtı Bişkekdə demokratik hərəkatın yüzlərlə fəalı şənbə günü bir yerə toplaşaraq qarşıdakı parlament seçkilərinin azad və ədalətli olmasını tələb ediblər.



Qırğızıstandan tutmuş Moldovayadək müxalifət partiyaları böyük maraqla “qızılgül” və “narıncı” inqilabları öyrənirlər. Müxalif qruplaşmalar hətta özləri üçün artıq rəmzlər də seçiblər: Qırğızıstanda bu, zanbaq, Moldovada isə üzümdür.



Ehtimal ki, növbədə birinci Qırğızıstandır. Burada 27 fevral parlament seçkilərini saxtalaşdırmaq cəhdi Ukraynadakına bənzər xalq üsyanına gətirib çıxara bilər. Prezident Əsgər Akayev oktyabrda hakimiyyətdən getməyə söz verib. Onun öz qızı Bermeti varis roluna hazırladığı güman edilir. Moskvada prezident Vladimir Putinlə görüşdən sonra Akayev xəbərdarlıq edib ki, müxalifət camaatı küçələrə çıxararsa, bu “vətəndaş müharibəsiylə nəticələnə” bilər.



Amma bəzi rusiyalı mütəxəssislər Qırğızıstanda “zanbaq inqilabı” barədə artıq baş tutmuş hadisə kimi düşünürlər.



“Akayev artıq itirilib”—deyən Moskva Karneqi Mərkəzindən Aleksey Malaşenkonun fikrincə, “Qırğızıstanda müxalifət güclüdür, yaxşı təşkilatlanıb və beynəlxalq, həm də daxili dəstəyə malikdir”.



--“İnterneşnl Herald Tribyun”



Hələ bir il əvvəl prezident Vladimir Putin keçmiş SSRİ-də yeni tendensiyanın təcəssümü idi. Rusiya irimiqyaslı iqtisadi və məhkəmə islahatları aparmışdı. Onun beynəlxalq nüfuzu yüksək idi.



Bu gün isə Putin sanki, heç nəyi düz etmir. Sosial güzəştlərin ləğvinə qarşı etiraz aksiyaları isə onun ölkədə populyarlıq reytinqini aşağı salıb.



“Amma bir ulduz batanda, o biri doğur. Ukraynada “narıncı inqilab” demokrat—islahatçı Viktor Yuşenkonu göylərə ucaldıb. O, post-kommunist dünyasında yeni demokratik tendensiyanın başlanğıcını qoyub”.



--“Liberasyon”



Türkiyə bu payız Avropa Birliyinə üzvlük üçün danışıqlara hazırlaşdığından, “erməni genosidi” ilə əlaqədar qadağalar götürülüb.



Hakim dairələrdə “erməni məsələsi”nin müzakirəsi başlansa da, bu, əvvəlki kimi asan məsələ deyil. Türk və erməni tarixçiləri rəsmi sənəd mübadiləsi aparmaq üçün hazırlıq görüşləri keçiriblər, amma xoş iradə və etimadın azlığı bu dialoqun davam etdirilməsinə mane olub.



Dekabrda Yerevana gəlmiş solçu və islamçı ziyalılardan ibarət Türkiyə nümayəndə heyəti yaxşı qəbul olunsa da, hər—hansı bir konkret nəticə əldə edilməyib.



Bəzi təşəbbüslər Türkiyə rəhbərliyinin mövqeyində müəyyən dəyişikliklərə gətirib çıxarıb. Belə ki, İslam hərəkatından çıxmış baş nazir Rəcəb Tayyib Ərdoğan dekabrda, Brüsseldə Avropa sammiti ərəfəsində təntənəli surətdə İstanbulda Erməni Muzeyini açıb.



“Aqos” həftəliyinin direktoru Qirant Dink deyir ki, “cüzi dəyişikliklərə baxmayaraq, rəsmi və ictimai səviyyəd
XS
SM
MD
LG