Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:41

»Əli Kərimliyə qarşı təxribat ifşa edildi»


Səs: Real audio
Ermənilər özlərini təhqir olunmuş hiss edirlər Avropa Birliyi nümayəndəsini qəbul edən prezident İlham Əliyev deyib ki, təcavüzkar separatizm regionda sülhə böyük təhlükədir. Onun bu fikirlərini »Yeni Azərbaycan» qəzeti şərh edir.



Azərbaycan qəzeti isə Avropa Birliyi təmsilçisi Heyke Talvitiye—İlham Əliyev görüşünün təfərrüatlarından bəhs edir.



»Əli Kərimliyə qarşı təxribat ifşa edildi» başlıqlı yazı ilə »Azadlıq» qəzetində tanış ola bilərsiniz.



Ermənistana yük ötürülməsində Gürcüstan da məsuliyyət daşıyır. Nəqliyyat nazirinin müavini Musa Pənahov »Üç nöqtə» qəzetinə açıqlamasında bildirib ki, belə davam edərsə, Azərbaycanın Gürcüstanla dəmir yol əlaqəsinə yenidən baxıla bilər.



»Jirinovski Dağlıq Qarabağı Müstəqil Dövlətlər Birliyinə üzv qəbul etməyi təklif edir». Bu haqda »Exo» qəzeti ətraflı məlumat verir.



Qarabağda məskunlaşan ermənilərə qaçqın statusu verilir. Mövzuya »525-ci qəzet» toxunur.



»Bakı Xəbər» qəzeti yazır ki, ekspertlər məhbəslərdə yol verilən qanunsuzluqlar haqda rəsmi açıqlamalara inanmırlar.



Azərbaycanla Rusiya arasında Samur çayının bölünməsiylə bağlı ciddi problemlər yaranıb. Bu haqda »Xalq Cəbhəsi» ətraflı yazır.



»Yeni Müsavat» qəzeti azərbaycanlı zabitin Budapeştdə keçirilən məhkəmə prosesi ilə bağlı məlümat dərc edib.



»Ayna» qəzeti »Orduda korrupsiyaya qarşı mübarizəyə başlanılıb» sərlövhəli məqalə dərc edib.



»ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Qarabağı Ermənistan ərazisi kimi tanıyır» başlıqlı məqaləni »Zerkalo» qəzetində oxumaq olar.
XS
SM
MD
LG