Səs: Real audio
Ermənilər özlərini təhqir olunmuş hiss edirlər AMİP-in bazar günü keçirlən Qurultayında sədr seçkisi zamanı 83 səslə 2-ci yeri tutan Əli Ələkbərov deyir ki, partiyanın nizamnaməsinin 62-ci maddəsində göstərilir ki, birinci turda sədr seçilən şəxs iştirakçıların mütləq səs çoxluğunu qazanmalıdır. Əli Əliyevin topladığı 151 səs isə heç də buna imkan vermir. Çünki qurultay iştirakçılarının sayı təqribən 400 nəfərə yaxın olub. Bu 151 səs qurultay iştirakçılarının yox səs verənlərin mütləq səs çoxluğu kimi götürülüb. Əslində isə sədr seçilmək üçün Əli Əliyevin 41 səsi çatmırdı.
Əli Ələkbərov deyir ki, bütün bu qaydalarla bağlı Siyasi Şuraya müraciət edib. Siyasi Şura da onun gətirdiyi arqumentləri qəbəl edərək Ali Şuranın çağrılması haqda qərar verib. İkinci turun keçirilməsiylə bağlı Qurultayın davamının vaxtını da elə Ali Şura müəyyən edəcək. Bazar günü keçirlən Qurultayda qalib elan edilən Əli Əliyev də ikinci turun keçirilməsinə etiraz etmir. O, hesab edir ki, Qurultay iştirakçıları yenə də ona etmad göstərəcəklər.
Baş verənlərin səbələrini kənarda axtaranlar da var. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, hakimiyyətdəki qruplaşmalardan biri AMİP-i güclü müxalifət partiyasına çevirmək niyyətindədir. Bundan ötrü isə onlar bu partiyaya nəzarəti ələ keçirmək iəstəyirlər. Onun sözlərinə görə məqsəd parlament seçkilərində və ondan sonra hakimiyyətdə möhkəmlənməkdə bu partiyadan istifadə etməkdir.
Bəzi müşahidəçilərə görə isə hakimiyyətdəki başqa bir quruplaşma AMİP-də maraqlı olan qüvvələrin məqsədlərinin gerçəkləşməsinə imkan verməmək üçün partiya daxili gərginliyi bir qədər də artırmağa çalşırlar. Ərəstun Oruclu deyir ki, oxşar prosesləri müxalifətdəki əksər partiyalarla bağlı da müşahidə etmək olar. Parlament seçkiləri yaxınlaşdıqca bu proses özünü daha aydın şəkildə göstərəcək.
Keçmiş sədr Etibar Məmmədov da hakimiyyətdəki bəzi qüvvələrin AMİP-lə bağlı maraqlarını istisina etmir. Ancaq onun fikrincə, AMİP-lə bağlı belə maraqları təmin etmək mümkün deyil.
Etibar Məmmədov deyir ki, bundan sonra partiyanın qərarlarına müdaxilə etmək niyyətində deyil. Yalnız partiyada çox ciddi böhran baş verərsə, hadisələrə müdaxilə edəcək. Qalan vaxtlarda isə partiyanın qərarları kollegial qaydada qəbul edilməlidir və o da bu qərarlara hörmətlə yanaşacaq. Özünə gəldikdə isə Etibar Məmmədov fəaliyyətini bundan sonra bir partiya daxilində məhdudlaşdırmaq istəmir. Keçmiş AMİP sədri deyir ki, yalnız aktiv olmayan cəmiyyətlərdə hakimiyyət müxalifəti nəzərətə götürmək istəyinə düşür. Onun bundan sonrakı fəaliyyəti bütünlükdə cəmiyyətin fəaliyyətinin güclənməsinə xidmət edəcək.