Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Amerika Vəkillər Assosiasiyası gənc hüquqşünasların imtahana buraxılmamasından narahatdır


Səs: Real audio
Ermənilər özlərini təhqir olunmuş hiss edirlər Vəkillər Kollegiyasına qəbulla bağlı imtahanları müşahidə edən Amerika Vəkillər Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsünün (ABA/CELL) fevralın 9-da yaydığı məlumatda imtahanın lazımi qaydada keçirildiyi bildirilir.



Amma əlavə olunur ki, onlar iki şeydən narahatlıq keçiriblər: imtahandan əvvəl ərizələrin qəbulundan və yekun olaraq imtahana buraxılanların müəyyən edilməsi prosesinin yetərincə məhdud olmasından.



ABA/CELL Vəkillər Kollegiyasını və Ədliyyə Nazirliyini qanun çərçivəsində fəaliyyət göstərməyə çağırır.



Məlumatda o da deyilir ki, qurum gənc hüquqşünasların kollegiyadan uzaqlaşdırılmasından narahatdır. Belə ki, imtahan verənlərin əksəriyyəti 40 yaşından yuxarı şəxslər olub.



“Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov qurumun narahatlığını bölüşdüyünü deyir. Onun fikrincə, həmin imtahanlardan uğurla keçə biləcək hüquqşünaslar ən müxtəlif bəhanələrlə imtahana buraxılmayıblar. Eləcə də gənclərlə rəqabətdən çəkinib onları uzaqlaşdırıblar.



Parlamentin insan hüquqları komissiyasının üzvü Bəxtiyar Sadıqov isə bu məlumatı əsassız sayır. O, həmin imtahanların da, imtahanlara qəbulun da normal və qanun çərçivəsində keçirildiyi fikrindədir. Və bununla bağlı ona və komissiyaya şikayət daxil olmadığını deyir.
XS
SM
MD
LG