Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:48

REFERENDUMDAN DƏQİQƏ-DƏQİQƏ XƏBƏRLƏR (FOTOLARLA)


Prezident İlham Əliyev ailəsi ilə birlikdə səs verir
Prezident İlham Əliyev ailəsi ilə birlikdə səs verir

Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun gedişi haqda məlumatları, analiz və şərhləri həmçinin radio vasitəsilə hər saatbaşı efirə gedən xəbərlər buraxılışlarından, saat 17.05-dən 19-dək "İşdən sonra" və saat 20-dən 21-dək "Kontekst" proqramlarında dinləyə bilərsiniz.



(20:32) QUTUDAN TOPA BÜLLETENLƏR ÇIXIB
18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 7 saylı məntəqəsində seçki qutusundakı bülletenlərin etibarlı olub-olmaması aydınlaşdırılır.

Məntəqədə olan əməkdaşımız deyir ki, qutudan topa bülletenlər çıxıb. Məntəqə seçki komissiyasının sədri bu bülletenlərin gözdən əlil olanlara məxsus olduğunu söyləyib:
(davamı fotodan sonra)


«Sədr dedi ki, əlillər iki-iki gəlib səs verib. Ona görə bülleten qoşa salınıb».
Amma qutudan çıxan topa bülletenlər qoşa yox, uç-uç, dörd-dörd idi. Seçki siyahısında 1400-dən çox seçici var. Onların 900-dən çoxu səsvermədə iştirak edib.


(20:09) BÜLLETENLƏRIN SAYILMASINA BAŞLANIB
18 saylı Nizami Seçki Dairəsinin 8 saylı seçki məntəqəsində bülletenlərin sayılmasına başlanıb. Amma müşahidəçilər artıq oranı tərk ediblər.

«Azadlıq» radiosunun əməkdaşı İlqar Rəsul sayılan bülletenlərdə cavabların «hə» qrafasında olduğunu müşahidə edib.

Məntəqədə 1400-ə yaxın seçici qeydiyyatdadır. Məntəqə seçki komissiyası sədri Mətanət Eyvazovanın verdiyi məlumata görə, 1000-ə yaxın seçici seçkidə iştirak edib.


(19:21) SƏSVERMƏ BAŞA ÇATDI
Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendum başa çatıb. Artıq seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səhər saat 8-də başlayan səsvermə 5 min 402 məntəqədə keçirilib.


(18:03) KOMİSSİYA SƏDRİ MÜŞAHİDƏÇİNİN GÖRDÜYÜNÜ TƏKZİB EDİR
«Mən bu məntəqədə gördüm ki, bir nəfər əlində 30 bülleteni qutuya doldurur. Məntəqə komissiyası sədrinə müraciət etdim ki, bu nə haldır. Dedilər bir də belə şey təkrarlanmaz. Halbuki qutunu doldurub qurtarmışdılar».

115 saylı Şəki dairə seçki komissiyasının 42 saylı seçki məntəqəsində müşahidə aparan Sahib Kərimov belə deyir. Onun sözlərinə görə, içəridə bunu görən müşahidəçilər bu hala reaksiya vermədilər.

115 saylı Şəki dairə seçki komissiyasının sədri Rasim Əzizov «Azadlıq» radiosuna deyib ki, onlara belə bir şikayətlə müraciət edən olmayıb: «Məndə olan məlumata görə, həmin məntəqədə belə hal olmayıb».


(17:57) 83 SAYLI SEÇKI DAIRƏSI ÖNDƏ GEDIR
Saat 17-yə kimi ölkə üzrə ən aktiv seçici fəallığı 83 saylı Ağcabədi-Ağdam seçki dairəsində qeydə alınıb – 73%, ən az göstərici isə 43 saylı Sumqayıt üçüncü dairəsində olub – 52%.

Bakıda ən çox fəallıq 14 saylı Əzizbəyov birinci seçki dairəsində müşahidə edilib – 69%, ən az göstərici isə 31 saylı Suraxanı ikinci dairəsində olub - 48%.


(17:44) SEÇICILƏRIN 64,12%-İ SƏS VERIB
Saat 17-yə olan məlumata görə, artıq seçicilərin 64,12%-i səs verib. Bu da 3 milyon 137 min 851 nəfər deməkdir.

Məlumatı Seçki İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynov verib.

(Xəbər lenti videodan sonra davam edir)

Bir nəfər bir səs
Gözlə
Embed

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid


(17:33) MƏNTƏQƏ SƏDRI: «MİS ƏMƏKDAŞLARI BIZƏ ÇOX KÖMƏK EDIBLƏR»
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 29 saylı seçki məntəqəsinin sədri Samir Paşayev deyir ki, Mənzil İstismar Sahəsinin əməkdaşları seçiciləri referenduma gətirməkdə onlara çox kömək ediblər.

Bu məntəqədə YAP-ın müşahidəçisi Niyaz Hacıyev «Azadlıq» radiosuna deyir ki, «hər şey əladır, heç bir pozuntu yoxdur. Lap 1-5 pozuntu olsun, bu, xalqın rəyini dəyişə bilməz, bilirik xalqın rəyi müsbətdir, xalqın iqtidara olan etimadını prezident seçkisində də gördük».

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində YAP-ın müşahidəçisi Qəmər Nəcəfova hər şeyin qaydasında olduğunu, heç br pozuntu qeydə almadığını bildirdi.

Burda müxalifəti təmsil edən təşəbbüs qruplarından müşahidəçi yox idi.




(17:19) «BÜLLETENLƏR QALIN OLDUĞU ÜÇÜN ZORLA QUTUYA BASIRLAR»
29 saylı Səbail Seçki Dairəsinin 5 saylı məntəqəsində günorta təkəmseyrək səsverənlər vardı. Burda müşahidə aparan «Respublikaçılar» təşviqat qrupunun nümayəndəsi Mübariz Hüseynov deyir ki, «karusel»dən istifadə olunur, qutuya dəstə-dəstə bülletenlər atılır:

«Bülletenlər qalın olduğu üçün zorla qutuya basırlar».

Bitərəf müşahidəçi Leyla Təhmasib isə deyir ki, heç bir pozuntu qeydə almayıb.

«Exit-poll» keçirən ELS təşkilatının nümayəndələri isə bildirdilər ki, seçici fəallığı günortadan sonra nisbətən azalıb.


(17:10) GUNORTAYA QƏDƏR ÇEXİYADAKI AZƏRBAYCANLILARIN 10 FAİZİ SEÇKİDƏ İŞTİRAK EDİB
Yerli vaxtla saat 13.30-a (Bakı vaxtıyla saat 15.30) qədər Çexiya Respublikasında qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 10 %-i refrendumda iştirak eləyib. Azadlıq Radiosunun əməkdaşı məntəqədə olduğu bir saat ərzində ancaq bir seçici səsvermə hüququndan istifadə eləyib.

Praqada Azərbaycan səfirliyində səs verən seçici


Komissiya sədri Fuad Mustafayevin sözlərinə görə, əsas axını günorta saat 2-dən sonra gözləyirlər. Çünki, qeydiyyatda olan Azərbaycan vətəndaşlarının əksəriyyəti tələbələrdir.

Ümumilikdə Çexiyada 101 Azərbaycan vətəndaşı qeydiyyatdadır. Amma müvəqqəti olaraq Çexiyaya gələn Azərbaycan vətəndaşları, turistlər və qeydiyyata düşməyən vətəndaşlar da əlavə siyahı üzrə səsverməyə qatıla bilərlər.

Seçicilərin Kontitusiyaya təşkil olunan dəyişikliklərin mahiyyəti ilə tanış ola bilməsi üçün Mərkızi Seçki Komissiyasının hazırladığı bukletlər verilir.

Komissiya sədrinin verdiyi məlumata görə, Azərbaycanın Praqadakı səfirliyində təşkil olunan səsveməni müşahidə eləmək üçün heç kəs müraciət eləməyib.


(16:43) MÜXALİFƏT BİR NƏFƏRİN BİR NEÇƏ ADAMIN YERİNƏ SƏS VERDİYİNİ DEYİR
29 saylı Səbail seçki dairəsinin 5 saylı məntəqəsində müxalifətdən olan müşahidəçilər deyirlər ki, son 3 saat ərzində onlarla pozuntu qeydə alıblar. Pozuntular daha çox bir nəfərin bir neçə adamın yerinə səs verməsi ilə bağlıdır.

Bitərəf müşahidəçilər isə həmin məntəqədə heç bir pozuntunun qeydə alınmadığını, səsvermənin normal getdiyini deyiblər.

Bu məntəqədə exit-poll keçirən nümayəndələrsə bildiriblər ki, seçici fəallığı günortadan sonra nisbətən azalıb. Referendumda exit-poll keçirən həmin təşkilatlar maliyyə mənbələrini açıqlamayıblar.

(16:15) BU GÜN MSK-NIN «QAYNAR XƏTT»İNƏ 4 MÜRACİƏT DAXİL OLUB
Martın 18-də MSK-nın «qaynar xətt»inə 4 müraciət daxil olub. Onlar da səs verəcəkləri seçki məntəqəsinin ünvanını öyrənmək istəyiblər.

Məlumatı Seçki İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynov verib.

Yatan referendum müşahidəçisi




(16:06) SAAT 15-Ə KİMİ ƏN AKTİV SEÇİCİ FƏALLIĞI MASALLIDA OLUB
Saat 15-ə kimi ölkə üzrə ən aktiv seçici fəallığı 71 saylı Masallı kənd seçki dairəsində qeydə alınıb – 63,02%, ən az 94 saylı Bərdə kənd dairəsində olub – 45,7%.

Bakıda ən çox fəallıq 14 saylı Əzizbəyov birinci seçki dairəsində müşahidə edilib – 59,34%, ən az göstərici isə 31 saylı Suraxanı ikinci dairəsində olub - 35,97%.



(15:55) SEÇİCİLƏRİN 52,47%-İ SƏS VERİB
Saat 15-ə olan məlumata görə, artıq seçicilərin 52,47%-i səs verib.

Məlumatı Seçki İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynov verib.

(15:38) KOMİSSİYA SƏDRİ BÜLLETENİN BAŞQASINA VERİLMƏSİNDƏ QANUNSUZLUQ GÖRMÜR
77 saylı Astara Seçki Dairəsinin 1 saylı məntəqəsinin komissiya sədri Hacıbala Ramazanov «Azadlıq» radiosuna deyib ki, müşahidəçinin qanunu pozmaqda ittiham etdiyi seçici - Hamlet Əliyevin əlindəki bülletenlər onun qızı və həyat yoldaşı üçün imiş.

77 saylı Astara Seçki Dairəsinin 1 saylı məntəqəsində müşahidəçi Nəcməddin Məmmədov səhər saatlarında demişdi ki, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyevin əlində üç bülleten olub.

1 saylı seçki məntəqəsinin sədri Hacıbala Ramazanov «Azadlıq» radiosuna bildirmişdi ki, müşahidəçi bu məlumatı səhv verib. Əslində həmin seçicilərin əlindəki əlavə bülleten yox, «Astara» qəzeti imiş.

Bir qədər sonra isə seçicinin bülleteni həyat yoldaşı və qızı üçün götürdüyünü deyən komissiya sədri bir seçicinin bülleteninin başqasına verilməsinin qanunsuz olmadığını deyir.

Müşahidəçilər təmsil etdikləri təşkilatı tanımırlar


(15.17) 2 SAYLI TİBB MƏKTƏBİNİN TƏLƏBƏLƏRİ KÜTLƏVİ ŞƏKİLDƏ SEÇKİYƏ GƏTİRİLİB

«Azadlıq» radiosuna müsahibə verən tələbələr bildiriblər ki, onlar tibb məktəbinin yataqxanasında müvəqqəti qeydiyyatdadırlar. Tələbələrə bildirilib ki, referendumda iştirak etməsələr semestr imtahanlarında problemlərlə üzləşəcəklər.

«Azadlıq» radiosunun «Siz bu gün nəyə səs verirsiniz» sualına isə tələbələr «Referenduma» cavabını veriblər.



(15.10) POLİS ƏMƏKDAŞLARI MƏNTƏQƏLƏRƏ YAXIN DAYANIBLAR
Qanunla qadağan olunmasına baxmayaraq polislər Nərimanov, Yasamal rayonlarında yerləşən seçki məntəqələrinin giriş qapılarında və məntəqə binalarının yaxınlığında dayanıblar.

Bunu «Azadlıq» radiosu müxbiri Aygün Muradxanlı müşahidə edib.

Qadın qutuya topa bülleten atarkən


(15.06) MÜŞAHİDƏÇİLƏR SEÇKİ PROSESİ İLƏ BAĞLI SUALLARA CAVAB VERMİRLƏR
Nərimanov rayonunun seçki məntəqələrində siyasi partiyalardan və iqtidaryönlü təşviqat qrupundan olan müşahidəçilər «Azadlıq» radiosu müxbirlərinin seçki prosesi ilə bağlı suallarına cavab verə bilməyiblər.

Müşahidəçilər məntəqələrdə ümumilikdə neçə seçici olması, nə qədər seçicinin prosesdə iştirak etməsindən xəbərsiz olublar.

20 saylı dairənin 14-cü məntəqəsində Ana Vətən Partiyası və «Demokratik İnkişaf» təşviqat qrupunun müşahidəçiləri proseslə bağlı hər hansı yazılı qeydiyyat aparmadıqlarını bildiriblər.


GÜNÜN BİRİNCİ YARISININ XƏBƏRLƏRİNİ BURADAN OXUYUN

XS
SM
MD
LG