Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:42

Lukaşenko Avropa Birliyinin qərarını alqışlayıb


Belorus prezidenti Aleksandr Lukaşenko martın 18-i Avropa Birliyinin vizaların qadağalarının ləğvi ilə bağlı qərarını alğışladığını deyib.
Belorus prezidenti də daxil olmaqla bu ölkənin yüksək rütbəli rəsmilərinin Avropa Birliyi ölkələrinə səfərlərinə qoyulan qadağa doqquz aylığa təxirə salınıb. Həmin müddətdə onlar birlik ölkələrinə sərbəst səfər edə biləcəklər.
Qadağanın doqquz aylığa təxirə salınması barədə qərarı dünən Brüsselə toplaşan Avropa Birliyi ölkələrinin Xarici İşlər nazirləri qəbul ediblər.

Avropa Birliyi bir neçə il əvvəl insan haqları pozuntuları və seçkilərin saxtalaşdırılmasına görə Belorusun prezidenti də daxil olmaqla yüksək rütbəli rəsmilərinə viza qadağaları və ölkəyə başqa sanksiyalar tətbiq olunması barədə qərar qəbul etmişdi.

Lakin prezident Lukaşenko bildirib ki, o, bu addımı alqışlasa da Avropa Birliyinin «müxalifətdən işarə alıb Belorusu sıxışdırmasına» imkan verməyəcək.

XS
SM
MD
LG