Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Denominasiya qiymətlərin qalxmasına səbəb ola bilərmi?


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Denominasiyanın tətbiqini hakimiyyət nümayəndələri belə izah edirlər: İndi dünyada ən nüfuzlu valyuta dollardır və manatın dəyəri dolların dəyərinə bərabərləşdiriləndə milli valyutaya olan hörmət də artacaq. Parlamentin iqtisadiyyat komissiyasının sədri Səttar Səfərovun sözlərinə görə, manatın üzərində sıfırların çox olması ona gətirib çıxarıb ki, ölkədə alış-verişin böyük hissəsi dollarla aparır. Onun fikrincə, manat dəyərcə dollara bərabərləşdirilsə, bu cür hal aradan qalxacaq. Səttar Səfərovdan fərqli olaraq iqtisadçı ekspert Azər Mehdiyev 1 manatın 1 dollara bərabərləşdirilməsini populist addım sayır. O hesab edir ki, Azərbaycan iqtisadiyyatı denominasiyaya hazır deyil. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı keçid dövrünü yaşayır, iqtisadiyyatda struktur islahatları başa çatmayıb, dünya standartlarına uyğun azad rəqabət prinsipləri tam bərqərar olmayıb və buna görə də inflyasiya doğuran amillər hələ də mövcudluğunu saxlayır. Azər Mehdiyev Azərbaycanda inflyasiyanın ketdikcə artdığını deyir, ötən il 10 faizi keçdiyini xatırladır və belə şəraitdə denominasiyanın tətbiqini mənasız sayır. Bundan başqa onun fikrincə, belə şəraitdə təbiq olunan denominasiya bəzi malların (əsasən 500 manatdan ucuz malların) bahalaşmasına da səbəb ola bilər.

Azər Mehdiyevin bu fikriylə Milli Məclisin iqtisadiyyat komissiyasının sədri Səttar Səfərov razı deyil. Onun fikrincə, Azərbaycanda inflyasiyanın səviyyəsi yüksək deyil, olan inflyasiya isə dövlətin nəzarətindədir, idarə olunur və iqtisadiyyatın, o cümlədən yerli istehsalın inkişafı üçün belə inflyasiya vacibdir. Səttar Səfərov denominasiyanın qiymət artımına səbəb olacağını da düşünmür. Onun sözlərinə görə denominasiya haqqında fərman yenicə imzalanıb, yeni pullar dövriyyəyə 2006-cı ildən buraxılacaq və çox güman ki, hökumət yarana biləcək xırda çətinliklərlə bağlı müəyyən önləyici tədbirlər gör əcək.
XS
SM
MD
LG