“Azadlıq” qəzetinin həbsdə olan yazarı Mirzə Sakit (Sakit Zahidov) bu gün Amnistiya Aktına əsasən azadlığa buraxılacağı gözlənilir. Xəbəri "Turan" Agentliyinə jurnalistin ailəsindən veriblər.
Məlumata görə, Mirzə Sakiti bu gün saat 15.00-16:00 radələrində 10 saylı cəzaçəkmə müəssisindən buraxacaqlar.
Mirzə Sakit qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında günahlı bilinərək 3 il həbs cəzası almışdı. Beynəlxalq təşkilatlar və Zahidovun özü isə həbsin peşə fəaliyyətiylə bağlı olduğunu deyirdilər.
Mirzə Sakit cəzasının bitməsinə altı ay qaldığını əsas gətirib, səhhətiylə əlaqədar daha öncə məhkəməyə azadlığa buraxılması üçün müraciət eləmişdi. Amma məhkəmə bu iddianı təmin eləməmişdi.
Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə açıqlamasında Amnistiya aktının şamil olunduğu məhbuslar arasında jurnalistlərin də olduğunu deyib. Lakin o, həmin jurnalistlərin hamısının adlarını bilmədiyini vurğulayıb. H. Əlixanovun sözlərinə görə, bu gün 100-dək məhkum azadlığa buraxılacaq.