Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:21

“Məshədov Kremli barışığa çağırır”


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur --“Assoşeyted Press”



Azərbaycan 2006-ci il yanvarın 1-dən milli valyutası—manatı 5 min dəfə denominasiya edəcək.



Azərbaycan mərkəzi bankı əslində, denominasiyanı 2004-cü il yanvarın 1-də aparmağı planlaşdırırdı. Amma hökumət iqtisadçıların məsləhətiylə bunu təxirə salmışdı. Dəyişiklik inflyasiyaya və dolların məzənnəsində sıçrayışa səbəb ola bilərdi.



Adının çəkilməsini istəməyən bir iqtisadçı—ekspert hələ də manatın denominasiyası üçün əlverişli şəraitin olmadığı qənaətindədir.



İqtisadçı İnqilab Əhmədovsa bununla razılaşmır. Onun fikrincə, artıq sıfırların silinməsi mühasibat və uçot işini asanlaşdıracaq.



--“Röyters”



Qərb Orta Asiya ölkələrində insan haqları ilə bağlı vəziyyətin pisləşməsinə məhəl qoymur.



Bu haqda Qazaxıstana səfəri zamanı İnsan Hüquqları üzrə Helsinki Komitəsinin icraçı direktoru Aaron Rouds bildirib.



“Bu ölkələr insan halqarı sahəsində geriləyiblər”—deyən Aaron Roudsun sözlərinə görə, “Orta Asiya liderləri terror təhlükəsindən müxalifəti susdurmaq üçün bəhanə kimi istifadə edirlər”.



“Onlar siyasi təhlükə kimi baxdıqları hər şeyə “terrorçu” damğası vururlar. Və təəssüf ki, bəzi Qərb ölkələri bu məntiqlə razılaşır”.



Qərbin həmin reaksiyasını “dəhşətli səhv” adlandıran Rouds bu cür halın daha çox Özbəkistan üçün səciyyəvi olduğunu deyir.



“Öz dini əqidəsinə görə həbsə atılan insanların sayı Özbəkistanda son dərəcə çoxdur”.



Gürcüstan və Ukraynada “məxməri inqilab”lardan sonra Qırğızıstan və Qazaxıstanda da başqa cür düşünənlərə qarşı repressiyalar artıb.



Qırğızıstan prezidenti Əsgər Akayev keçən həftə Orta Asiyada “məxməri inqilab”ın vətəndaş müharibəsinə gətirə biləcəyi haqda xəbərdarlıq edib.



Qazaxıstanda isə hakimiyyət “dövlət təhlükəsizliyini satsıtmaq” ittihamı ilə əsas müxalifət partiyası olan Qazaxıstanın Demokratik Seçimi partiyasını qadağan edib.



--“Tayms”



Lukaşenkonun rəhbərlik etdiyi Belarusa getmək zamanın qıfına düşmək, Sovet İttifaqına qayıtmaq deməkdir. Hətta zarafatla əcnəbilərə Belarusa gələndə saatları 30 il geri çəkməyi məsləhət görürlər.



Altı il əvvəl dostu ilə birlikdə yoxa çıxmış müxalifətçi Viktor Qonçarovun həyat yoldaşı Zinaida Qonçarova deyir ki, “Ukraynadakı hadisələr Lukaşenkonu tamamilə paranoikə çevirib”.



Gənclər arasında artan narazılıqdan təşvişə düşən Lukaşenko Sovet dövrünün qanunlarını dirçəldərək öz KQB-sinin razılığı olmadan xaricə səhayəti qadağan etməyi planlaşdırır. Ölkənin orta məktəb və institutlarında ideologiya dərsləri keçirilir. Radioda səslənən musiqinin 75 faizi isə Belarus musiqisi olmalıdır.



Dövlət televiziyasına inansaq, ölkə gəncləri xaricə getmək istəmirlər.



--“Faynenşl Tayms”



Atəşkəs elan etmiş çeçen separatçılarının lideri Aslan Məshədov bazar ertəsi Kremli sülh danışıqlarına çağırıb.



Onun bu bəyanatı radikal səhra komandiri Şamil Basayevin ölümü ilə bağlı şayiələr fonunda dərc olunub.



“Kommersant” qəzetinə müsahibəsində Məshədov deyib ki, “biz müharibəni danışıqlar masası arxasında bitirə bilərik. Əks halda, qan hələ çox töküləcək”.



Məshədov Şamil Basayevin ölümüylə bağlı məlumatları da təkzib edib. “Son altı ildə artıq onu beş və ya altı dəfə dəfn ediblər”-deyə Məshədov bildirib.



Bəyanata cəld reaksiya verən Kreml Məshədovu terrorçu adlandırıb və heç bir halda onunla danışıqlara getməyəcəyini bildirib.



Rus
XS
SM
MD
LG