Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:56

Təbriz-Bakı təyyarə reysinin açılması gözlənilir


Səs: Real audio
Qazaxıstan həyəcanla qonşusuna baxır Bunu İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib. Səfir deyib ki, bu barədə sənəd imzalanıb və yaxınlarda məsələ həllini tapacaq.



Əfşar Süleymani iki ölkə arasında vizanın aradan qaldırılmasına və sadələşdirilməsinə tərəfdar olduğunu da deyib. Onun sözlərinə görə, bu məsələdə İran Azərbaycanın cavabını gözləyir. Səfir bildirib ki, «biz hətta vizaların aeroportlarda və gələcəkdə dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma olarsa, limanlarda verilməsinə tərəfdarıq».



Cənab Süleymani Azərbaycan prezidentinin İrana səfəri zamanı Azərbaycan bayrağının tərsinə asılması ilə bağlı bəyanatlara da münasibət bildirdi. Onun sözlərinə görə, «həqarət olan yerdə başqa ölkənin prezidenti səfərə dəvət edilməz».



İran--Ermənistan münasibətləri barədə suala cavabında isə, o, bu əlaqələrin Azərbaycanın əleyhinə yönəlmədiyini dedi.



Cənab Süleymani ABŞ-ın İranla bağlı siyasətinə münasibət bildirərkən dedi ki, «ABŞ-ın İrana hücumu qeyri-realdır və onun İrana qarşı olan siyasətini heç bir ölkə dəstəkləmir».
XS
SM
MD
LG