Səs: Real audio
Qazaxıstan həyəcanla qonşusuna baxır Azərbaycanda manatın denominasiyası, yəni dəyişdirilməsinə başlanılır. Bu, 2006-cı ilin yanvarından baş tutacaq.
Yeni kağız və metal pullar dövriyyəyə buraxılacaq. Yeni manata keçid zamanı 1 yeni manat 5 min köhnə manata bərabər tutulacaq.
2006-cı ilin dekabrınadək köhnə nümunəli pul nişanları dövriyyədə yeniləri ilə yanaşı istifadə olunacaq. 2007-ci ildən isə Milli Banka tapşırılır ki, köhnə manatlar məhrumiyyətsiz və müddətsiz olaraq dəyişdirilsin.
Bütün bunlar prezident İlham Əliyevin fevralın 7-də manatın denominasiya haqda imzaladığı fərmanda öz əksini tapıb.
Fərmanda həmçinin yeni pul sikkələrinin buraxılması da nəzərdə tutulur. Bildirilir ki, satışda olan malların qiymət kağızlarında, əhaliyə göstərilən xidmətlər və işlərə görə qiymət cədvəllərində 2005-ci il oktyabrın 1-dən 2006-cı il dekabrın 31-dək qiymətlər eyni zamanda köhnə və yeni tariflə göstərilsin.
Bu işə nəzarəti, həmçinin qanun pozuntusuna yol verənlərin məsuliyyətə cəlb olunmasına nəzarət etmək səlahiyyətləri vegilər və iqtisadi inkişaf nazirliklərinə verilir.
Fərmanda göstərilir ki, denominasiya, yəni pul dəyişdirilməsi uçot və hesablama texnikasını sadələşdirmək, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, manatın funksiyalarını daha səmərəli yerinə yetirmək və dövlət xərclərinə qənaət etmək məqsədi ilə həyata keçirilir.
Pul dəyişməsi ilə bağlı prezident fərmanını şərh edən Gənc İqtisadçılar Birliyinin rəhbəri Azər Əmiraslanov deyir ki, bu çox ciddi bir prosesdir.
“Amma denominasiya prosesini keçən ölkələrin təcrübəsi göstərir ki, bu işi bir il müddətinə görmək çətindir. Denominasiyanın baş verməsi vacib idi. Bunu da deyim ki, pul dəyişməsi sıravi insanların ciblərinə heç bir təsir göstərməyəcək. Yəni, əvvəl 5 min manat verib aldığın şeyə görə indi 1 manat ödəyəcəksən. Amma müəyyən müddət hesablaşmalarda çətinlik yaranacaq”.