Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 21:31

100 mindən çox evin işığı kəsiləcək


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb “Barmek Azərbaycan” şirkəti 103 min abunəçinin elektrik enejisini kəsəcək.



İşığı kəsiləcək abunəçilər əsasən Bakının Xətai rayonunda yaşayırlar. “Barmek”dən verilən məlumata görə, Xətai rayonunda 27 min, Binəqədi rayonunda – 17 min, Yasamal rayonunda – 16 min abunəçi işıq pulunu çox az ödəyir.



Ən yaxşı ödəyicilər isə paytaxtın Əzizbəyov rayonunda yaşayırlar. Burada cəmi 500 ödənişdən qaçan abunəçi var.



“Barmek”in mətbuat xidmətinin əməkdaşı Nəsimi Paşayevdən aldığımız məlumata görə, işıqları kəsiləcək 103 min abunəçi illərlə işıq pulu ödəməyən və ya həddən artıq böyük məbləğdə borcu olanlardır.



Bu proses başa çatdıqdan sonra şirkət Sumqayıtda da eyni tədbirləri görməyi planlaşdırır.
XS
SM
MD
LG