Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:46

Jurnalisti səsvermə məntəqəsinə buraxmayıblar


Bakı. 2008. Babək Bəkir iş başında
Bakı. 2008. Babək Bəkir iş başında
«Azadlıq» radiosunun müxbiri Babək Bəkir xəbər verir ki, 84 saylı Fizuli seçki dairəsinin 68 saylı məntəqəsi, 118 saylı Ağdam seçki dairəsinin 44 saylı məntəqəsi, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 35 saylı məntəqəsinə seçicilər avtobuslarla gətirilir.

Avtobusların sürücüləri deyib ki, onları 82 saylı marşrutun rəhbərliyi göndərib ki, seçiciləri çatdırsınlar. Onlara bildirilib ki, bu gün xəttə çıxmayacaqlar və lazım olan yerlərə seçiciləri aparacaqlar.

MSK sözçüsü Azər Sarıyev deyib ki, seçicilərin uzaqda yerləşən məntəqələrə daşınmasını təşkil etmək qadağan deyil. İcra strukturları bu vəzifəni həyata keçirə bilər.

118 saylı Ağdam seçki dairəsinin 44 saylı məntəqəsinin sədri Arzu Mövsümova «Azadlıq» radiosunun əməkdaşına deyib ki, avtobusların onlara aidiyyəti yoxdur.

120 Cəbrayıl-Qubadlı 34 saylı məntəqəsində isə qapını bağlayıb Babək Bəkiri icəri buraxmayıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG